Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər zəhərlənib

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib və 4 nəfər binadan təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00