Ölkədə 35 Gənclər Evi fəaliyyət göstərir

Son beş il ərzində- "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində 675 tədbir həyata keçirilib, "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən gənclər və idman naziri Azad Rəhimov deyib ki, onlardan 554 respublika daxili, 121 isə beynəlxalq tədbir olub: "Bu rəqəmlər yalnız Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirləri əks edir. Şəhər və rayon gənclər və idman idarələri tərəfindən proqramın icrası ilə əlaqədar 12 mindən artıq tədbir və layihə həyata keçirilib". Nazir onu da deyib ki, ölkədə 35 "Gənclər Evi/Mərkəzi" istifadəyə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00