Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Aprelin 5-də Gədəbəy rayonunun Samanlıq kəndinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 212 abonenti olan Samanlıq kəndinin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 18034 metrlik müxtəlif diametrli metal borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00