Təhsil Nazirliyi jurnalistlər üçün təlim keçəcək
5 Aprel 2016 15:24 SosialTəhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 14-16-ı tarixlərində nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır. Üçgünlük təlim "Jumeirah Bilgah Beac" otelində keçiriləcək. Təlimdə iştirak etmək istəyən media nümayəndələrindən 10 aprel 2016-cı il tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00