Gənclər qanvermə aksiyasına qoşulur

Son günlər təmas xəttində baş verən döyüşlərdə yaralanan əsgərlərimizin qana olan ehtiyacının qarşılanması məqsədilə Gəncə şəhərində "Həyat qurtarmaq sənin qanında var" adlı aksiyaya start verilib. Qısa müddətdə respublikanın bütün regionlarından insanlar Gəncəyə gedərək aksiyada yaxından iştirak ediblər. "OLAYLAR"-ın xəbərinə görə, Gənc Liderlər Heydər Əliyev Yolunda dəstək qrupu da Gəncə şəhərində keçirilən aksiyaya qoşulur. Bu barədə məlumatı qrupun təsisçisi Nicat Müslümov verib. Bildirib ki, askiyada iştirak etmək etmək üçün qrup üzvləri Gəncə şəhər Qan Bankına gedəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00