Sahibkarlardan döyüşlərə dəstək

"Sədərək" Firmasının rəhbərliyi və "Sədərək" ticarət mərkəzində çalışan Sahibkarlar B Ə Y A N A T  yayıb. Bəyanatda deyilir: "Sədərək" Firmasının rəhbərliyi və ticarət mərkəzində çalışan biz sahibkarlar son günlər işğal altında olan torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda gedən döyüşlərdə qazandığımız layiqli qələbələrdən çox sevindiyimizi və qürur duyduğumuzu bildiririk. Bizlər daima Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olmuş, apardığı daxili və xarici siyasəti ürəkdən dəstəkləmişik. Həmişə olduğu kimi bu gün də Ali Baş Komandanımızın və Ordumuzun yanında olduğumuzu bildirir,bir neçə gün ərzində qazanılan bu uğurlar az bir müddətdə bütün işğal altında olan ərazilərimizin azad olunacağı günü yaxınlaşdırır. Bizlər buna ürəkdən inanırırıq və bəyan edirik ki, Ordumuza, cəbhədə döyüşən əsgərlərimizə canımızla, qanımızla, maddi və mənəvi dəstəyimizlə kömək etməyə hazırıq. Tezliklə Ulu Qarabağımızda, Şuşamızda üçrəngli bayrağımızın dalğalanması arzusu ilə! Erməni işğalçılarına ÖLÜM!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00