SAM-ın nümayəndə heyəti Ankaraya səfər edib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev Türkiyə Respublikasına səfər edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə,
səfərdə məqsəd Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondu(GFSIS) və SAM-ın birgə təşkil etdiyi "Türkiyə-Azərbaycan-Gürcüstan - Ticarətdə və nəqliyyatda üçtərəfli əməkdaşlığın qiymətləndirilməsi" mövzusunda konfransda iştirak etməkdir. Tədbirdə "İnfrastrukturda üçtərəfli energetikanın və investisiyanın qiymətləndirilməsi" və "Cari ictimai nəqliyyatın təhlili: Şərq-Qərb "İpək yolu"nun imkanları kontekstində" mövzulu iki panel planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00