Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi
5 Aprel 2016 14:21 SosialSadələşdirilmiş verginin ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verməli və həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəməlidirlər. Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyicilərinin nəzərinə çatdırır ki, sadələşdirilmiş vergi ödəyicisinin 1-dən artıq təsərrüfat subyekti (obyekti) varsa, o, eyni zamanda "Sadələşdirilmiş verginin bəyannaməsi"nə 3 nömrəli Əlavəni də tərtib edərək təqdim etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00