Keçən ay 9556 metr qazma işi həyata keçirilib
5 Aprel 2016 14:16 Sosial2016-cı ilin mart ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9556 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 26409 metr qazma işi görülüb. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub. Bundan əlavə, mart ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 10 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00