Əbülfəs Qarayev Qətərə gedib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfər edib. "OLAYLAR"-a daxil olan məlumata görə. səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilmiş və buna həsr olunan mətbuat konfransı təşkil edilmişdir. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanıb və reklam çarxları göstərilib. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00