Yunus Oğuzun daha bir əsəri Türkiyə türkcəsində çap edilib

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Şah arvadı və cadügər" romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, "Şah hanım ve büyücü" adı ilə çap olunan kitab Hüseyn Adıgözəl tərəfindən Türkiyə türkcəsinə çevrilib. Atatürk Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərovun öz söz yazdığı kitabda Güney Azərbaycanda həyata keçirilən assimiliyasiya siyasətinin tarixi, onun hansı formada reallaşdırıldığı əksini tapır. Həmçinin kitabda Səfəvi Türk dövlətinin hansı metodlarla fars dövləti şəklinə gətirildiyi barədə oxuculara geniş və ətraflı məlumat verilir. Oxucular kitabda Səfəvi türklərinin sosial həyatı, yaşam tərzi, din və inancları barədə də bilgi əldə edə bilərlər.
Qeyd edək ki, "Şah hanım ve büyücü" əsəri eyni anda London, Moskva və İstanbulda çap edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00