Səhiyyə Nazirliyi: Cəbhəyanı ərazilərə əlavə 6 səyyar həkim briqadaları göndərilib

Səhiyyə naziri cəbhəyanı ərazilərə əlavə səyyar həkim briqadalarının göndərilməsi ilə bağlı göstəriş verib. Səhiyyə Nazirliyindən  verilən xəbərə görə,  cəbhəyanı bölgələrdə əsgərlərə, mülki vətəndaşlara, yaralılara yardım göstərmək üçün ilkin olaraq 6 briqada əraziyə göndərilib. Həmin briqadalar vəziyyəti yerində araşdırmaq, bütün yaralılara yardım göstərmək, xəstələrə kömək etmək kimi xidmətlər göstərəcək. Bu səyyar həkim briqadaları bütün lazımi tibbi avadanlıq və dərman preparatları ilə təmin edilib. Ehtiyac olduğu halda həmin briqadaların sayının artırılması da nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00