SAM-ın sifarişi ilə “Ermənistan maliyyə sistemində borclanma problemləri” mövzusunda hesabat hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sifarişi ilə Zaur Vəliyev tərəfindən "Ermənistan maliyyə sistemində borclanma problemləri" mövzusunda hesabat hazırlanıb. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, hesabatda sosial problemlərin (işsizlik, yoxsulluq, sürətli qocalma və miqrasiya) miqyasının artması və digər ölkələrdən alınan transfertlərdən asılılığın yüksəldiyi qeyd edilir. Sosial problemlərin artması və iqtisadi potensialın olmaması səbəbindən Ermənistan iqtisadiyyatının sürətlə beynəlxalq maliyyə təşkilatları və ayrı-ayrı ölkələrdən xarici borclanmaya getməsini şərtləndirib. Borclanmanın həcminin yüksəlməsi və Ümumi Daxili Məhsulun 90% nisbətinə çatması borc dayanıqsızlığı risklərini artırıb.
Eyni zamanda, ölkədə sürətli qocalma və miqrasiya səbəbindən pensiya sisteminin dayanıqsızlığı da aktuallaşıb ki, bu vəziyyət Ermənistan iqtisadiyyatını ikiqat dayanıqsızlıq problemli ilə üz-üzə qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00