Binəqədidə ağacəkmə aksiyası
7 Aprel 2015 14:28 SosialHeydər Əliyev Fondunun vitse-prezidenti, "İDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində paytaxtın Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Xocəsən bələdiyyəsinin dəstəyi ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində növbəti ağacəkmə aksiyası Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində təşkil edilib. Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində yol boyunca aparıldı. 28 may qəsəbəsində kampaniya çərçivəsində 3000-dən artıq ağac əkildi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən və 28 May qəsəbə bələdiyyəsinin üzvləri, eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvləri olan fəal gənclərin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərilib.