Almaniya Ermənistanın Avropa İttifaqına inteqrasiyasına dəstək versə də, bu prosesin real həyata keçməsi çətindir- Turan Rzayev- ÖZƏL
1 Aprel 16:33 SiyasətAlmaniya prezidenti Frank-Valter Ştaynmayer, İrəvanda Ermənistan prezidenti Vaagn Xaçatryan ilə birgə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Almaniya Ermənistanın Avropa İttifaqına inteqrasiya yolunda uğur qazanmasına dəstək verməyə hazırdır. Ştaynmayer, artıq bəzi texniki və hüquqi yardımların göstərildiyini və tərəfdaşlıq gündəliyinin hazırlandığını vurğulayıb, amma Aİ-yə üzvlük üçün ciddi islahatların zəruri olduğunu və bu prosesin uzun müddət alacağını əlavə edib.
Politoloq Turan Rzayev bildirib ki, Almaniya Ermənistanın Avropa İttifaqına inteqrasiyasına dəstək versə də, bu prosesin real həyata keçməsi çətindir:
"Ermənistanın Avropa İttifaqına inteqrasiyası, sonraki prosesdə üzvlük məsələsi son zamanlar tez-tez dilə gətirilən mövzulardandır. Almaniya tərəfinə də məsələ ilə bağlı fikir bildiriblər. Düşünürəm ki, Almaniya bu məsələdə diplomatik davranır. Yəni, Ermənistanı Qərbə inteqrasiya , Rusiyadan uzaqlaşdırma yolunda şirnikləşdirici addımlar atdığının qənaətindəyəm. Real vəziyyətdə Almaniya özü də yaxşı başa düşür ki, Ermənistan kimi siyasi baxımdan qeyri-sabit, iqtisadi baxımdan zəif və mübahisəli bir regionda yerləşən ölkənin Avropa İttifaqına inteqrasiyası ittifaq üçün heç bir gələcək vəd etmir. Məntiqli düşündükdə 1-ci Ermənistan Avropa İttifaqına niyə üzv olmalıdır?
2-ci bu üzvlük Avropa İttifaqına nə qata bilər?
Aydın məsələdir ki, Avropa İttifaqına üzvlük Avropa İttifaqına heçnə qatmayacağı kimi Ermənistana nə isə qata bilər. Aİ-nın yaradacağı üstünlüklər hesabına Ermənistanda iqtisadiyyatın inkişafa nail olacaqlarını hədəfləyirlər. Bu Moldova, Gürcüstan və Ukraynanın da Avropa İttifaqına üzvlüklə bağlı başlıca səbəbləridir. Reallıq odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb, münaqişə hələ də davam edir. Eyni zamanda Ermənistan şərti dövlət sərhəddində təxribatlar törədir, əlavə qüvvələr cəmləyir, texnika yerləşdirir. Belə halda Ermənistanla sülh imzalanması bir qədər gecikir. Belə olan zaman Avropa İttifaqına Ermənistanın üzvlük məsələsi real görünmür. Bunun üçün güclü iqtisadiyyata sahib olmaq, Avropanın tələblərini yerinə yetirmək lazımdır. Yəni ki, münaqişə vəziyyətində olmamaq və siyasi baxımdan sabit olmaq. Bu kriteriyalar Ermənistanda təmin edilmədiyi halda Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi real deyil. Frank-Valter Ştaynmayerin Ermənistana dəstək verməyi sadəcə diplomatik bir gedişdir. İcrasının reallıq payı o qədər yoxdur. Tutaq ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Almaniya bu və ya başqa formada dəstək ifadə etdi. Axı digər tərəfdən Avropa İttifaqında belə məsələlər kollektiv qərarla verilir. Avropa İttifaqına üzv ölkələrin
Ermənistan kimi ölkələrin üzvlüyünə maraqlı deyil. Onsuzda Avropada kifayət qədər problemlər var. İnkişaf etmiş Avopa ölkələrinin belə "inkişaf etmiş ölkə" standartlarda problemlərlə üzləşir. Bugün İtaliya, İspaniya, Portuqaliya kimi ölkələr Avropa İttifaqının üzvüdür, amma iqtisadi cəhətdən problemlər yaşayırlar. Ümumidünya iqtisadi göstəriciləri təbii ki, yüksəkdir. Amma Avropa İttifaqı daxilində ciddi problemlər yaşayırlar. Amerikanın son zamanlar Avropadan qoşunları çəkəcək məlumatları da yayılıb. Əgər bu reallaşsa Avropa İttifaqı və NATO xərcləri artıracaq. Bu zaman da yenə iqtisadi probemlərlə üzləşər bilərlər və əlavə xərc yaradacaq üzvlükləri istəməyəcəklər".
Zeynəb Mustafazadə