Jurnalistlər üçün daha bir müsabiqə

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvarın 14-dən 31-dək olan müddətdə  "Təmiz Binəqədi - Təmiz İdeya " müsabiqəsi keçiriləcək. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"0a verilən məlumata görə, müsabiqənin məqsədi Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. "Təmiz Binəqədi -Təmiz İdeya" mövzusu üzrə keçiriləcək müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31