Ukrayna sülhə ərazi itkiləri fonunda gedir- Tural İsmayılov - ÖZƏL
10 Mart 16:04 SiyasətRus qoşunları Kursk (Rusiya) və Sumı (Ukrayna) vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri müvafiq olaraq Lebedevka və Novenkoye kəndi üzərində nəzarəti bərqərar etməyə nail olub.
Ukraynanın gələcək taleyində nələr olacaq mövzusunda politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Ukrayna sülh müqaviləsinə ərazi itkiləri fonunda gedir:
"Son dövlərdə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin əldə edilməsi ilə bağlı ehtimallar gücləndikcə, müharibənin taleyinin necə olacağı ilə bağlı mövqelərdə də dəyişiklik mövcuddur. Rusiya-Ukrayna müharibəsinin gələcəyinin hansı formada davam edəcəyi ciddi müzakirə edilir. Hesab edirəm ki, sonuncu Kursk əməliyyatları Rusiyanın danışıqlardan əvvəlki cəhdləri hesab edilməlidir. Faktiki olaraq Rusiya istəyir ki, Ukrayna ilə əldə ediləcək razılaşmaya qədər Kurskda nailiyyətlər əldə etsin. Əslində Trampın rəhbərliyi altında Rusiya- Ukrayna arasında danışıqların uzanması Ukraynanın zərərinədir. Faktiki olaraq Ukrayna bugün Donbassın hansısa bir bölgəsini azad etməkdən çox, əlində saxladığı Kurska fokuslanıb. Belə halda Rusiya da diqqəti Kurska yönəldir və istəyir ki, Kurskun Ukrayna tərəfində olan bölgələrini geri qaytarsın. Hər bir halda Ukrayna üçün müharibənin nəticələri acıdır. Bugün Ukrayna öz ərazi bütövlüyü təhdid edilmiş bir formada bu müqaviləyə gedir. Rusiya isə müqaviləni Ukrayna torpaqlarını işğal etdiyi fonda imzalayacaq. Rusiya çalışır ki, ən qısa müddətdə Kursk vilayətinin daha çox hissəini geri qaytarsın".
Zeynəb Mustafazadə