Azərbaycan Nürnberq prosesi başlatmalıdır - Turab Rzayev- ÖZƏL

Azərbaycanda müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər məhkəmə qarşısına çıxarılıb. Bu, ədalətin bərqərar olması və sülhə töhfə verməsi baxımından mühüm addımdır. Lakin Ermənistan və bəzi beynəlxalq dairələrin məhkəmə prosesinə mane olması narahatlıq doğurur və qınanır.
Mövzu ilə bağlı Politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Azərbaycan da Nürnberq prosesi başlatmalıdır:
"Düşünürəm ki,  Azərbaycan Nürnberq prosesi başlatmalıdır. Faktiki olaraq müharibə, cinayətlər, işğal, ölkəyə yetirilən zərər, 30 ildir ki itirilmiş mənfəət , 30 ildir ekoloji cəhətdən talan, insanlara qarşı işgəncələr, insanların deportasiyası və soyqırımı var. Bütün bunları da həyata keçirən bir qrup şəxs. Bu şəxslər keçmiş Ermənistan dövlət rəhbərliyi, cinayətkar dəstə rəhbərliyidir. Bu cinayətkarların  bir hissəsi həbs edilib. Aydın məsələdir ki, onlara qarşı bir proses getməlidir. Həbs olunanlardan daha çox Ruben Vardaryan göstərilir amma bizə fərqi yoxdur. O, maliyyə yardımı göstəribdirsə,  digərləri bibaşa bu proseslərdə iştirak edib.  Necə ki Nünberqdə Faşist Almaniyası Nasistlərin həmin dövrdə insanlıq əleyhinə cinayət törətmiş üzvləri mühakimə olundular, bu şəkildə Azərbaycan da Nürnberq prosesi keçirtməli və bütün dünyada bunlar elan olunmalıdır. Bu proseslərə  Ermənistandan, Rusiyadan, Fransadan, ABŞ-dən mane olanlar olacaq. Maraqlıdır ki , Ermənistan hakimiyyəti bəzən daxili mübarizədə Paşinyanın mübarizə apardığı Vardanyan hakimiyyəti ilə hansısa  siyasi şəkildə onları müdafiə etməyə çalışır. Hər tərəfdən biz Rusiyanın da  onları müdafiə etdiklərini görürük. Hətta Vardanyanı Rusiya vətəndaşı kimi təqdim ediblər. Halbuki əvvəl onu tanımadıqlarını, vətəndaşlıqdan çıxartdıqlarını demişdilər. Digər tərəfdən ABŞ və Avropadan daha fərqli yanaşma var. Bir tərəfdən Rusiyanı Ukraynaya qarşı müharibə cəhətdən ittiham edirlər, digər tərəfdən Rusiyanın gizli yollarla silah-sursat almasında, çirkli pulların yuyulmasında iştirak edən Vardanyanı müdafiə edirlər. Bütün bu detallar müzakirə edilməlidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31