Avropa parlamentinin qərarı bizim üçün heç bir əhəmiyyət daşımır- Elşad Həsənov- ÖZƏL

Martın 12-də Avropa Parlamentində Bakıda saxlanılan uydurulmuş erməni "əsirləri" ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.

Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki,  qəbul edilən qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq:
"Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra, öz ərazisindən qeyri-qanuni silahlı dəstələri çıxardıqdan sonra  onlara rəhbərlik edən və Azərbaycanlıların qanının tökülməsində birbaşa iştirak edən erməniləri ərazisindən çıxardıb və həbs edib. Onlar bugün məhkəmə qarşısında cavab verirlər. Həmin 23 erməni Azərbaycana qarşı cinayət törətmiş vəzifəli şəxslərdir. Bu gün məhkəmədə onlar açıq etiraf edirlər ki, nələr ediblər. Məhkəmə prosesi davam etdiyi halda Avropa İttifaqı təbii ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları  aparır. 12 martda parlament qarşısında bu vəziyyət müzakirə ediləcək, qətnamə çıxardacaqlar ki, bu "əsirlər" təcili azad edilsin. Biz bunu  Avropa parlamentindən dəfələrlə görmüşük ki, onlar Azərbaycana qarşı kin və küdurət dolu bəyanatlarla çıxış edib. Azərbaycan deputatları həmin parlamentdə ildən çoxdur ki, iştirak etmirlər. Biz Avropanın istəyi ilə yaşamır, onların dediklərinə əsasən siyasət qurmuruq. Çünki onların dedikləri həm insanlığa, həm sülhə, həm dövlətçiliyə ziyanlı məsələlərdir. Belə halda təbii ki, Avropa parlamentinin qərarı bizim üçün heç bir əhəmiyyət daşımır. Bizim üçün ən əsası odur ki,  düşmənlər məğlub oldu, bizə qarşı döyüşən separatçı qüvvələrin başçıları məhkəmə qarşısında cavab verir.  Azərbaycanın daxili işlərinə müdaxilə etməsi,  gərginlik yaratması , Azərbaycan və Ermənistan  arasında gərginliyi artırmaq əbəsdir. Hesab edirəm ki, onların qəbul etdikləri qətnamə Azərbaycan üçün boş bir kağız parçası olacaq. Azərbaycanda buna heç bir reaksiya verməyəcək . Hətta onlar istəyir ki, Amerika bu məsələyə qarışsın, Trampı da bu məsələyə tərk etsinlər ki, bəs milyarder Ruben Vardanyan Azərbaycanda əsirdir. Tramp da biznesmen insandır və gələcəkdə deyə bilər ki Azərbaycan bunları buraxsın. Hesab edirəm ki,  a zərbaycanlıların qanını tökən cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verib və layiqli cəzalarını  alacaqlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31