Siyasət

Bu il hərbi xidmətdən möhlət hüququ veriləcək magistrlarla bağlı məlumat açıqlanıb

21 İyul 2016 12:50

Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib  ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.

Millət vəkili: "Dəyişikliklərlə daha böyük uğurların əldə olunması hədəflənib"

21 İyul 2016 12:35

"Azərbaycan dövləti sürətlə inkişaf, beynəlxalq aləmə inteqrasiya edir, ölkə qanunvericiliyi təkmilləşdirilir, vətəndaşların sosial şərtləri dəyişir. Ona görə də Konstitusiyada da dəyişikliklər etmək zərurəti yaranır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Hərbi ekspert: "Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir"

21 İyul 2016 12:31

“Azərbaycanla Türkiyə hərtərəfli əməkdaşlıq edir. Hazırda iki ölkə arasındakı hərbi əməkdaşlıq daha da dərinləşir. Öncələr də NATO-nun Sülh Naminə və Fərdi Tərəfdaşlıq Proqramlarına uyğun olaraq Azərbaycanın bir bölüyü qardaş Türkiyə taborunun tərkibində Kosova və Əfqanıstanda sülhyaratma proseslərində iştirak edib”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Prezident İlham Əliyev İtaliyanın təhsil nazirini qəbul edib

21 İyul 2016 12:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də İtaliyanın təhsil naziri xanımStefaniya Gianninini qəbul edib.

Ermənilər 8 dəfə atəşkəsi pozub

21 İyul 2016 11:33

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Səfir: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün avqustda keçirilməsi müzakirə olunur”

21 İyul 2016 11:23

"Hazırda bu ilin avqustun Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Qarabağa dair görüşün baş keçirilməsi müzakirə edilir".

Konstitusiya Məhkəməsinin hakiminə fəxri adı verildi

20 İyul 2016 19:08

Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Qabil Hüseynli: “Ermənistandakı ixtişaşlar Rusiya ilə ssenariləşdirilmiş oyundur"

20 İyul 2016 18:35

“Ermənistandakı ixtişaşlar Rusiya ilə ssenariləşdirilmiş oyundur. Əsas məqsədləri nəzərdə tutulan sülh danışıqları prosesinə zərbə vurmaqdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq: "Cəmiyyət Sarkisyanın səriştəsizliyindən bezib""MÖVQE

20 İyul 2016 18:34

“Ermənistanda baş verən iğtişaşlara səbəb Serj Sarkisyanın aprel hadisələrindəki məğlubiyyətidir. Məqsəd isə Ermənistanın hazırkı hakimiyyətini devirməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb

20 İyul 2016 18:23

Prezident İlham Əliyevməcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

20 İyul 2016 18:07

Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.