Türkiyədə vəzifəsindən uzaqlaşdırılan təhsil işlərinin sayı 42738 nəfərə çatıb

Türkiyə Milli Təhsil Nazirliyinin daha 6538 məmuru vəzifəsindən kənarlaşdırılıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, onlar Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində işlərindən uzaqlaşdırılıblar.

Bundan əvvəl nazirliyin mərkəzi və əyalət təşkilatlarında çalışan 15 200 əməkdaşı, həmçinin özəl məktəblərdə dərs deyən 21 min müəllim vəzifəsindən kənarlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31