Siyasət
Həmsədrlər həftə sonu regiona səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonu regiona gəlməyi planlaşdırırlar. Bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Prezident İlham Əliyev: “Heydər Əliyev müstəqilliyimizin banisidir”
“25 il əvvəl Azərbaycan Ali Soveti "Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.
Əli Əhmədov: “Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib”
"Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bütövlükdə bu dövrü üç mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov səsləndirib.
Plüralizm meydanından sonuncu qacış
Bir müddət əvvəl "Azadlıq" qəzetinin, "Azadlıq" və "Amerikanın səsi" radiolarının veb və sosial şəbəkələrdəki səhifələrində "şərh" bölmələrinin bağlanması haqqında mediada müvafiq xəbərlər dərc olunmuş, bəzi araşdırmalar da aparılmışdı. Əksər hallarda sözügedən media quruluşları həm veb, həm də sosial şəbəkələrdəki səhifələrində yer alan tənqidi fikirlərə, fərqli düşüncəyə dözümsüzlük nümayiş etdirərək yazılan şərhlərin çoxunu silir, əksər hallarda isə rəy yazan istifadəçiləri "qara siyahı"ya salırdı. Müxalifətin aparıcı simalarına aid sosial səhifələrdə isə belə azadlıq heç əvvəldən də yox idi.
Müstəqilliyimizin 25 yaşı
Sovet İttifaqının dağılma astanasında olduğu bir dönəmdə keçmiş müttəfiq respublikalarda baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik, azadlıq çağırışları Azərbaycandan da yan keçmirdi. Əksinə həmin dövrlərdə Azərbaycan bu proseslərin əsas lokomotivi rolunu oynayırdı desək yanılmarıq. 1988-90-cı illəri əhatə edən Azərbaycan xalqının azadlıq, müstəqillik naminə mücadilə dövrü nəhayət,1991-ci ilin oktyabrında hüquqi əsasda öz əksini tapdı.
Heydər Əliyev və müstəqil Azərbaycan
70 ildən artıq bir yaşı olan imperiyanın dağılma mərhələsində olduğu bir zamanda keçmiş müttəfiq respublikalarında baş qaldıran milli azadlıq hərəkatları, müstəqillik, azadlıq çağırışları Azərbaycandan da yan keçmirdi. Hətta həmin dövrlərdə Azərbaycan bu proseslərin əsas lokomotivi rolunu oynayırdı.
Türkmənistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentinə təbrik məktubu göndərib
İki müqəddəs məscidin xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
İranın hərbi gəmiləri Bakı sahillərinı yaxınlaşır
Oktyabrın 18-də İranın Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılıb.
Azərbaycan Prezidentinin enerji əməkdaşlığı və təhlükəsizliyi barədə mühüm tezisləri
Bugünlərdə İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi keçirilib. Tədbirdə 10 mindən çox nümayəndə iştirak edib. Müzakirə mövzularının əhatə dairəsi geniş olub və əsas olaraq gələcəyə hesablanmış məqamlara toxunulub. O cümlədən bir neçə on ildən sonra qlobal səviyyədə enerji mənbələrinin vəziyyəti haqqında mütəxəssislər fikir mübadiləsi aparıblar. Həmin kontekstdə ayrıca olaraq 2060-cı ildə Çinin gözlənilən enerji durumu müzakirə edilib. Siyasi liderlər daha çox müasir mərhələdə enerji əməkdaşlığı və təhlükəsizliyi məsələlərinə diqqət yetiriblər.
İlham Əliyev rəsmi qəbulda
Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan qarşıya qoyduğu hədəflərə çatacaq
Bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, , Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır.
Müharibə kabusu yenidən Qarabağda
“Müharibə kabusu Dağlıq Qarabağda yenidən göründü”. Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.
Mütəllim Rəhimli: “Arif Hacılı görüntü yaratmağa çalışır” AÇIQLAMA
“Son zamanlar Müsavat Partiyasının imici cəmiyyət arasında kifayət qədər dəyişib. Əvvəllər belə bir fikir formalaşmışdı ki, Müsavat ölkənin problemləri ilə bağlı mübariz aparırdı. Bu mübarizəsində isə heç bir zaman güzəştə getməyib. Amma indi bu partiyada çox böyük dəyişikliklər baş verdi”. Bunu SİA-ya Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.
Ermənilər 10 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx kəndi yaxınlığında, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.














