Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentinə təbrik məktubu göndərib

İki müqəddəs məscidin xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

İki müqəddəs məscidin xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Ölkənizin dövlət müstəqilliyi günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla: qardaşınız Salman bin Əbdüləziz Al Səud".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31