Siyasət

Rövşən Rzayev: “Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz”

17 Oktyabr 2016 11:28

“Ümumiyyətlə Ermənistan hələ də qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Bunun da əsas səbəbi erməni lobbisinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin siyasətinə təsir edə bilməsidir. Ona görə də ermənilər konstruktiv mövqeyə gəlmirlər”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Apellyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb

14 Oktyabr 2016 19:25

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2016-cı il üçüncü maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 20 QHT-nin müraciətinə baxılıb.

Azərbaycan prezidenti: “Pakistandan ən müasir silahlar almaq istəyirik”

14 Oktyabr 2016 18:15

“Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik. Bu məsələdə tam anlaşmamız var”.

Azərbaycanda əczaçılıq sənayesini inkişaf etdirmək istəyirik, çünki idxaldan asılıyıq

14 Oktyabr 2016 18:08

“Azərbaycanda əczaçılıq sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə danışıqlardan sonra mətbuata açıqlamasında bəyan edib.

Azərbaycan prezidenti: “Onilliklər öncə qəbul edilmiş BMT qətnamələri yerinə yetirilmir”

14 Oktyabr 2016 18:05

“Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir”.

Prezident İlham Əliyev BMT-nin yeni seçilmiş Baş katibinə təbrik ünvanlayıb

14 Oktyabr 2016 18:03

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının yeni seçilmiş Baş katibi Antoniu Quttereşə təbrik məktubu ünvanlayıb.

Deputat təklif edir

14 Oktyabr 2016 17:34

 “Bu gün dövlət və cəmiyyət tərəfindən şəhid ailələrinə çox böyük qayğı və dəstək var. Şəhidlərimzi heç vaxt unutmuruq. Onlara cəmiyyət və dövlət də böyük mənəvi və maddi qayğı göstərir”. Bunu Milli Məclisin iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov deyib.

Sergey Lavrov: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”

14 Oktyabr 2016 17:28

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Ermənilər Azərbaycan torpaqlarını yandırırlar

14 Oktyabr 2016 17:12

Erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunur. 

Azərbaycan prezidenti Tailand kralının vəfatı ilə əlaqədar başsağlığı verib

14 Oktyabr 2016 17:04

Azərbaycan prezidentiİlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.

Azərbaycan prezidenti BMT-nin yeni baş katibini təbrik edib

14 Oktyabr 2016 17:03

Azərbaycan prezidentiİlham Əliyev Antoniu Quttereşi Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Müsavat başqanı və Milli Şuranın üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub

14 Oktyabr 2016 16:10

Bu gün Müsavat başqanı Arif Hacılı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Oqtay Gülalıyev, Gözəl Bayramlı və AXCPAli Məclisinin sədri Nurəddin Məmmədli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunublar.

Dekabrda Aİ-Azərbaycan əməkdaşlığı üzrə növbəti alt komitənin iclası keçiriləcək

14 Oktyabr 2016 15:52

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə 4-cü alt komitənin iclası dekabrın ikinci yarısında Bakıda keçiriləcək.

Pakistan prezidenti: “Azərbaycanın inkişafı müsəlman ölkələri üçün qürur mənbəyidir”

14 Oktyabr 2016 14:57

“Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir”.