Siyasət
Hesablama Palatasının əməkdaşları təltif edildi (SİYAHI)
Prezident İlham Əliyev Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Əlahəzrət,
“Sərhədsiz Reportyorlar” Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışır
“Sərhədsiz Reportyorlar" təşkilatı fəaliyyət göstərdiyi bütün müddət ərzində ölkəmizdə guya söz və fikir azadlığının pozulması ilə bağlı məlumatlar yayıb, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışıb”. Bunu açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, Daxili İşlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulandı, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.
Politoloq: “ABŞ-dakı erməni lobbisinin gücü zəifləyib”
“Donald Trampın prezident seçilməsi erməniləri ciddi narahat edir. Çünki prezident seçkilərində ABŞ-dakı erməni təşkilatları seçki kampaniyasında iştirak etmədilər”. SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib.
MQF-nin qurultayına namizədliklərin irəli sürülməsi kampaniyasına başlanıldı
23 dekabr 2016-cı ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun IX Qurultayı keçiriləcək. Bu barədə Təşkilat Komitəsindən “Olaylar”a verilən məlumata görə, artıq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıb. MQF-nin IX Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.
“Rusiya Ermənistanın təxribat imkanında olan qoşun korpuslarını özünə birləşdirir”
“Rusiya Ermənistana etibar etmir və onu nəzarət altına alır”. SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu cari ilin noyabr ayında beynəlxalq və regional proseslərin yekununa dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanın müstəqil xarici siyasəti olmayacaq və yalnız KTMT üzvü kimi Rusiya ilə müştərək xarici siyasət aparacaq: “Ermənistan orusu da Rusiya tərəfindən nəzarətə götürülür. Bəlkə də Rusiya Ermənistanın 4 və 5-ci korpuslarını 102-ci hərbi hissəyə qatmaqla bu ölkənin ali baş komandanının tabeçiliyində olan ordunu zəiflədir. Birləşmiş qoşun qruplaşması haqqında imzalanmış sazişin fəlsəfəsi də bundan ibarətdir”.
ABŞ səfiri: "Qarabağ münaqişəsinin həlli üçün birlikdə işləməliyik"
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yolların axtarılmasında ATƏT-in Minsk qrupu ilə birlikdə işləməliyik". Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz "Lragir"in suallarını cavablandırarkən bildirib.
Prezidentin xəbərdarlığını ciddiyə almaq ermənilər üçün olduqca faydalıdır
Azər Verdiyev: “Əks halda durumları indikindən də pis hala düşəcək” Məlum olduğu kimi ötən həftə sonu Azərbaycan Respublikasının Prezidenti yenidən vəbhə xəttinə səfər edərək Ağdam və Tərtər rayonlarında olub. Səfər çərçivəsində dövlət başçısı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş "N" saylı hərbi hissədə olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana məlumat verib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb. Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.
Rusiya Azərbaycanı hərbi tərəfdaş kimi görmək istəyir
“Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşməsinin Suriyada sülhməramlı əməliyyatlarda iştirakı mümkündür”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII illik forumunda iştirak edir
Dekabrın 6-da Moskvadakı "Crocus City Hall" konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb. "RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur" mövzusunda keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.
DTX xüsusi ekspertiza keçirəcək
Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Qaydası”nı təsdiq edib.
"Qarabağa FTX nəzarət edir..."
Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Rusiyanın icadıdır. Bu sözləri nüfuzlu gürcü analitiki və jurnalisti, Dövlət İlya Universitetinin professoru Oleq Panfilov deyib.
Atəşkəsin pozulması halları artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ermənilər Özbəkistanın yeni prezidentinə "əl tapmağa" çalışacaqlar
Özbəkistanın yeni dövlət başçısının kimliyi artıq bəllidir. Şövkət Mirziyoyev prezident seçildi. Bizə dost və qardaş Özbəkistanın daha da güclənməsi, çiçəklənməsi yolunda ona uğurlar arzulayırıq. Arzumuz bir də budur ki, Mərkəzi Asiyanın bu kilid ölkəsi Dağlıq Qarabağ məsələsində mərhum prezident İslam Kərimovun zamanında olduğu kimi prinsipial mövqe sərgiləsin. Yəni Azərbaycan torpaqları boşaldılmayınca işğalçı rolunda çıxış edən Ermənistanla ikitərəfli əməkdaşlığa getməsin.














