Siyasət
Xalq diplomatiyası yenidən gündəmdə
20 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal altında olan ərazilərimizin azad edilməösi istiqamətində münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan biganəliyi Azərbaycanı müəyyən addımlar atmaq məcburiyyətində qoyur. Belə ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı son aylar “xalq diplomatiyası”na da üstünük verməyə başlayıb.
Hamburqda Qarabağa dair görüşün keçirilməsi müzakirə olunur
ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 3+2 formatında (Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri XİN rəhbərləri) görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunub. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüşün keçirilməsi üzrə hələ yekun razılıq əldə edilməyib: “Razılıq olacağı təqdirdə, bu barədə məlumat veriləcək”.
Fransanın yeni daxili işlər naziri qondarma “Fransa-Artsax” dostluq qrupunun üzvüdür
Fransanın yeni daxili işlər naziri Bruno Le Runun adı arzuolunmaz şəxslər siyahısındadır.
"Euronews" Azərbaycan prezidentinin müsahibəsini yayımlayıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016") sərgisi ilə tanışlıq zamanı "Euronews" telekanalına müsahibə verib.
Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mövqelərimiz atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Netanyahunun səfəri ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək
“İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə xidmət edəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, İsrailin prezidenti, xarici işlər nazirləri dəfələrlə Azərbaycanda səfərdə olub: “Hesab edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycanla İsrailin enerji, təhlükəsizlik və digər sahələrdə çox ciddi əməkdaşlığı var. Bununla yanaşı dünyada çox fəal olan yəhudi icmaları da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, ölkəmizin üzləşdiyi işğal faktını, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bizə dəstək verir. Ümid edirəm ki, Netanyahunun səfəri ölkələrimizin müxtəlif sahələrdə əməkaşlığının daha da güclənməsinə, bölgədə sabitliyin bərqərar olmasına xidmət edəcək”.
XİN bəzi səfirliklərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
“Qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”.
Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz
"Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma yaradılıb - BƏYANAT
“Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” yaradılıb. Məlumata görə, bununla bağlı qəbul olunmuş bəyanatda deyilir:
Tərtərdə çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Tərtər rayonunda bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib, Tərtər şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir edilib, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, o cümlədən on dörd min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 33 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Azərbaycanın Belarusdakı səfiri geri çağırıldı
Prezident İlham Əliyev İsfəndiyar Vahabzadənin Azərbaycanın Belarusdakı səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Hesablama Palatasının əməkdaşları təltif edildi (SİYAHI)
Prezident İlham Əliyev Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Əlahəzrət,














