Prezident İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Əlahəzrət,
6 Dekabr 2016 18:19 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əlahəzrət,
Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram". AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31