Siyasət
Qaçqın və məcburi köçkünlərin statusu ilə bağlı yenilik
Çingiz Qənizadə: “25 il müddətində qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil problemi həll olunub” “Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər".
Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir - MÖVQE
Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdur. Bu uğurlar əsasən 2 məsələ - qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof Ştrasserin məruzəsinə AŞPAüzvlərinin mütləq əksəriyyəti tərəfindən əleyhinə səs verməsi idisə, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir.
Rusiyanın daxili işlər naziri Azərbaycana gəlir
Bu gün Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycana səfərə gələcək. Səfər çərçivəsində rusiyalı nazirin Azərbaycanın dövlət və hökumət nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Report.az
Prezident Zərdab rayonuna 3 milyon manat ayırdı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Finlandiya Respublikasının prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
Böyük Britaniya vizası almaq üçün iki yeniliyin tətbiqinə başlanıb
Dekabrın 2-dən etibarən Böyük Britaniya vizası verilməsi xidməti göstərən “TLScontact” şirkəti iki yeniliyin tətbiqinə başlayıb.
Müxalifətin hay-harayı düşərgədəki real vəziyyəti yenidən ortaya qoydu TƏRS BAXIŞ
Aydın Mirzəzadə: “İstərdim ki, müxalifət heç olmasa iqtisadi məsələlər mövzusunda özünü maarifləndirsin” Bəlli olduğu kimi, bu günlərdə Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında bir neçə müxalifət partiyası ölkədəki iqtisadi-sosial vəziyyəti müzakirə etmək üçün tədbir keçirib.
Arzu Nağıyev: “Rusiya Azərbaycanı bu addımı atmağa niyə vadar edir”
“Azərbaycanın Suriyada minalardan təmizləmə əməliyyatlarına qoşulması hər hansı bloka üzv olması mənasına gəlmir”. Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.
Türkiyə və Cənubi Qafqaz: geosiyasi sabitliyin şərtləri
Bir sıra ekspertlər Ankaranın son zamanlar xarici siyasətdə daha da fəal olduğunu vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkiyə Yaxın Şərq, Balkanlar və Qafqaz istiqamətlərində xeyli təsirli addımlar atmağa başlayıb. O cümlədən Ankara Ermənistanın silahlandırılmasına həssaslıqla yanaşmaqdadır.
ATƏT-in Minsk qrupu Ermənistanın təsavüzkarlığına dəstək verir
Rövşən Məmmədli: “Ermənistanın pozucu hərəkətləri ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında ciddi məsələ qaldırılmalıdır” Son aylar Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslər, daha doğrusu Ermənistanın maraqlarına uyğun olaraq atılan addımlar onu deməyə əsas verir ki, beynəlxalq aləm hər vəchlə Azərbaycanı işğal faktı ilə barışmağa vadar edir. Bütün bunlardan ruhlanan Ermənistan daha da aqressiv mövqe sərgiləyir. Elə bir müddət əvvəl Rusiya ilə birgə hərbi birliyin yaradılması barədə məsələnin gündəmə gəlməsi də işğalçı ölkənin qeyri-konstruktivliyi və aqressiyasının nümunəsidir. Elə ekspertlər bu qənaətdədirlər.
Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısına qatılacaq. 8-9 dekabr 2016-cı il tarixində isə Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək. Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Böyük Britaniya Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib
Dekabrın 2-də Böyük Britaniya Lordlar Palatasının məşhur "The Peers" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.
İlham Əliyev: "Serbiya ilə Azərbaycan beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir" - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bunu görənlərin hamısı ölür – İncilin gizlədilən iki min illik SİRRİ
İlham Əliyev və xanımı Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışında
Dekabrın 5-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.














