Siyasət
Sərkisyan danışıqlar masasını yox, səngəri seçir
ATƏT xarici işlər nazirləri Şurasının Almaniyanın Hamburq şəhərində keçirilən illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Bu, əlbəttə ki, münaqişənin danışıqlar yoluyla nizamlanması baxımından nəsə böyük itki deyil. Onsuz da xarici işlər nazirlərinin görüşləri formal əhəmiyyət kəsb edir, ATƏT xarici işlər nazirləri Şurasının illik toplantıları çərçivəsində münaqişə tərəflərinin bir araya gəlməsi isə illərdir formal əhəmiyyət daşısa belə, ənənəvi olaraq baş tuturdu. İndi isə Ermənistan bu görüşdən imtina edib.
Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb
"Azərbaycan tərəfi çoxdan AŞPA çərçivəsində erməni nümayəndə heyəti ilə görüşə hazırlığını ifadə edib, lakin Ermənistan hər zaman bundan boyun qaçırıb". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov qurumun tərəflərin görüşünün keçirilməsi barədə təklifini şərh edərkən deyib:
ATƏT təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir
"ATƏT Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində insidentlərin və atəşkəsin pozulması hallarının araşdırılması sistemi üzərində işləyir".
PA rəsmisi: “Ulu Öndərin qoyduğu bu yol, qurub yaratdığı dövlət etibarlı əllərdədir”
“Çox təəssüflər olsun ki, son zamanlar ermənilər özbaşına hərəkət edirlər. Onlar müxtəlif yerlərdə, dairələrdə özlərinə tərəfdar tapırlar. Təəssüflər ki, belə tərəfdarlarda tapılır”. Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Hamburq görüşü barədə danışarkən deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.
Ombudsmandan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA
"Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) rəhbəri ilə görüşüb müzakirələr aparmışam. Onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər".
Türkiyə-Rusiya yaxınlaşmasının Azərbaycana və Qarabağ probleminin həllinə təsiri
Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Azərbaycanın da lehinədir. Bu yaxınlaşma hansısa formada Dağlıq Dağlıq münaqişəsinin də həllinə təsir edəcək.
Heydər Əliyevi anım konfransı keçiriləcək
Bu gün İstanbul Yeditepe Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Azərbaycanın İstanbul Konsulluğunun təşkil etdiyi elmi ictimai konfrans keçiriləcək. Konfransda siyasət, elm və sənət aləminin nümayəndələrinin, həmçinin İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl nümayəndələrinin geniş iştirakı gözlənilir. Konfransda Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü anılacaq, onun ölkəsi və türk dünyasının tarixindəki müstəsna yeri və xidmətləri haqqında danışılacaq. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Cəbhədə erməni təxribatı davam edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Dağlıq Qarabağ məsələsinin həllini uzatmaq mümkün deyil
"İstənilən regional münaqişə daha böyük miqyaslı qarşıdurmaya çevrilə bilər və məsələn, Suriyayla İraq buna nümunədir".
Ermənilərdə torpaqları daim işğal altında saxlayacaqlarına şübhə yaranıb
"Ermənistanda cari rejimin idarəsi iqtisadi və demoqrafik böhran, Rusiyadan asılılıq, Türkiyə və Azərbaycanla münasibətlərdə qaranlıq gələcəklə səciyyələnir".
Bəşəriyyət bu tarixdə məhv olacaq – QİYAMƏT GÜNÜ
Hamburqda Dağlıq Qarabağa dair 2+3 formatında g örüş baş tutmayıb
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov HamburqdaATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Sarkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: "Birinci dəfədir eşidirik..."
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb. Keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən, Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
Çavuşoğlu: "Dağlıq Qarabağ kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır"
Terrorizmlə yanaşı, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi "dondurulmuş" münaqişələrin qarşısı alınmalıdır.














