Siyasət

Azərbaycanda "qızıl qayda"nın tətbiqi nəzərdə tutulur

9 Dekabr 2016 18:43

Azərbaycanda əsas makroiqtisadi göstəricilərin, xüsusilə də dövlət büdcəsinin neft gəlirlərindəki volatillikdən asılılığını aradan qaldırmaq üçün "qızıl qayda"nın tətbiqi nəzərdə tutulur.

İlham Əliyev Çaybasarskini "Tərəqqi" medalı ilə təltif edildi

9 Dekabr 2016 18:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.M.Çaybasarskinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev orden verdi

9 Dekabr 2016 18:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.S.Ulkinanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Müdafiə naziri Macarıstan səfiri ilə görüşüb

9 Dekabr 2016 17:37

Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın ölkəmizdəki səfirliyindən Macarıstanın Bakıdakı səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.

Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

9 Dekabr 2016 16:45

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb. XİN-dən “Olaylar” verilən məlumata görə, gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Yaxın Şərq-Cənubi Qafqaz: təxribatçılar və onlara qarşı duran güclər

9 Dekabr 2016 16:05

Suriya və İraqda vəziyyətin daha da mürəkkəbləşməsi Yaxın Şərq ətrafındakı regionlarda da təhlükəsizlik məsələsini xeyli aktuallaşdırır.

Azərbaycanlı qadınları Türkiyədə satan sabiq məhkuma ağır cəza

9 Dekabr 2016 15:46

Azərbaycan qadınlarını Türkiyədə işə düzəltmək adı ilə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli daha əvvəl əldə olunmuş prinsiplərə əsaslanmalıdır

9 Dekabr 2016 15:38

ATƏT-in Minsk qrupu formatında daha əvvəl razılaşdırılmış prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin davam etdirilməsi məsələsində tam yekdillik var.

İlham Əliyev qayda-qanun yaratmaq üçün 15 gün vaxt verdi

9 Dekabr 2016 15:25

Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib. Bu barədə  millət vəkili Vahid Əhmədov bildirib. Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib: “Şura çox çevik şəkildə həmin tədbirlər planı üzərində işləyir və bu günlərdə dövlət başçısına təqdim olunacaq”. 

Netanyahu Bakıya 30 nəfərlə gələcək, biri nazirdir...

9 Dekabr 2016 15:21

İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya gələn həftə baş tutacaq tarixi səfərinin bəzi detalları məlum olub.

2017-ci ildə GUAM-da sədrlik Gürcüstana keçir

9 Dekabr 2016 15:12

2017-ci ildə GUAM təşkilatına sədrlik Gürcüstana keçir. Bu barədə qərar GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 28-ci iclasında qəbul edilib. Toplantı Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində keçirilib. GUAM-ın XİNŞ iclası 2016-cı ildə qurumun yekun iclası olub. İclasda Azərbaycanın 2016-cı ildə GUAM sədrliyinin yekunları müzakirə olunub.

Eks-prezidentin SSRİ xəyalı

9 Dekabr 2016 15:08

Eks-prezident Ayaz Mütəllibov son bir neçə ayda yerli mətbuata verdiyi müsahibədə müəyyən açıqlamalarla çıxış edib ki, bu da siyasi çevrələrdə birmənalı qarşılanmayıb. Bir müddət əvvəl verdiyi müsahibədə onu vaxtı ilə hakimiyyətdən devrilən AXC-Müsavat hakimiyyətini tənqid edən Ayaz Mütəllibov bu günlərdə yenidən müsahibə verdiyi yerli xəbər saytlarından birində keçmiş xatirələrini dilə gətirib.

Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edildi

9 Dekabr 2016 14:55

Dekabrın 7 və 8-də ATƏT PA-nın Humburqda keçirilən Büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması”  müzakirə edilib. Bu barədə “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev xəbər verir.

Sərkisyan danışıqlar masasını yox, səngəri seçir

9 Dekabr 2016 14:39

ATƏT xarici işlər nazirləri Şurasının Almaniyanın Hamburq şəhərində keçirilən illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Bu, əlbəttə ki, münaqişənin danışıqlar yoluyla nizamlanması baxımından nəsə böyük itki deyil. Onsuz da xarici işlər nazirlərinin görüşləri formal əhəmiyyət kəsb edir, ATƏT xarici işlər nazirləri Şurasının illik toplantıları çərçivəsində münaqişə tərəflərinin bir araya gəlməsi isə illərdir formal əhəmiyyət daşısa belə, ənənəvi olaraq baş tuturdu. İndi isə Ermənistan bu görüşdən imtina edib.