Siyasət
Nazir: "İşğalın davam etməsi münaqişənin siyasi həllinə ən böyük maneədir"
"ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır".
Prezident “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar fərman imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Erməni diasporunun maraqlarına xidmət edən kampaniya
Son vaxtlar bəzi “media qurumları”nın hədəf obyektinə çevrilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyevdir.
Sərkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda: “Birinci dəfədir eşidirik...”
Xəbər verildiyi kimi bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb. Keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.
Avstriya XİN rəhbəri: “Dağlıq Qarabağda hərbi toqquşmalar daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb”
“Dağlıq Qarabağda hərbi toqquşmalar da daxil olmaqla, 2016-cı il ATƏT məkanında bir sıra çağırışlarla yadda qalıb”.
Latviya xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun səylərini dəstəkləyirik”
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik”.
Səməd Seyidov: “Nə qədər səfirlik və konsulluğun lazım olduğu yenidən müəyyən edilməlidir”
Azərbaycanın xarici ölkələrdə səfirliklərinin, diplomatik təmsilçiliklərinin sayına yenidən baxılması təklif olunub. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, xaricdə nə qədər səfirlik və konsulluq lazım olduğu yenidən müəyyən edilməlidir.
Kerri: “Azərbaycan və Ermənistan arasında münaqişə Avropanın təhlükəsizliyinə təhdiddir”
“Azərbaycan və Ermənistan arasındakı həlli uzanan münaqişə Avropanın təhlükəsizliyini təhdid altına qoyur”.
Lavrov: "Qarabağ münaqişəsinin həllində əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır"
"Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər çətin problemlərin həllində daha əvvəl əldə olunmuş razılıqlara sadiqlik əsas rol oynayır".
Zanyer: "Cənubi Qafqazda münaqişələrin həlli yolunu tapmaq üçün yeni yanaşmalara ehtiyac var"
Cənubi Qafqazdakı münaqişələrin həlli münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Məlumata görə, bu sözləri ATƏT-in baş katibi Lamberto Zanyer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında deyib.
"BMT Azərbaycan hökumətinə yardım edəcək"
"BMT dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə yardım edəcək". Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İshaqzai Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuların təlim mərkəzinin açılışına həsr olunmuş tədbirdə söyləyib.
"Strateji yol xəritələri qeyri-neft sektorunun inkişafına təkan verəcək"
"Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı milli iqtisadiyyatımızın inkişaf istiqamətlərinin müəyyən edilməsində vacib rol oynayır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, millət vəkili Kamran Nəbizadə deyib.
Yol xəritəsinin imzalanması vaxtında atılan addımdır Səfir
Azərbaycan Prezidenti tərəfindən Strateji Yol Xəritəsinin imzalanması vaxtında atılan addımdır". Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məsələni çox diqqətlə izləyirlər: "Həmçinin, azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Aİ tərəfindən deyə bilərəm ki, biz Azərbaycanın iqtisadi diversifikasiyasının dəstəkləyicisi olmaq istəyirik. İslahatlar və yol xəritələri buna gözəl əsas yaradır".
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır". Bu sözləri ATƏT-in fəaliyyətə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter ŞtaynmayerATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
Bu gün Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun və Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.














