Siyasət

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyəti sədrinin müavinləri təyin edilib

21 Dekabr 2016 14:29

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin edilib. Məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən Xaliq Məmmədov və Elşən Əsədov “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.  Apa.az

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

21 Dekabr 2016 14:15

Millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

XİN Həsən Ruhaninin Ermənistan səfərinə münasibət bildirib

21 Dekabr 2016 14:14

“İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”. Bunu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

İranın siyasəti onun gerçək islam dövləti olmadığının sübutudur

21 Dekabr 2016 14:07

“İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır”.

İran prezidentinin Ermənistana səfəri İslama ziddir

21 Dekabr 2016 14:03

“İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərini heç də yaxşı qiymətləndirmirəm. Ona görə ki, islamda, islami dəyərlərdə təcavüzkar, əli insan qanına batan, insanlara zülm edən adamlar həmişə lənətləniblər”. Bunu  millət vəkili Tahir Rzayev deyib.

İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur"

21 Dekabr 2016 14:02

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur".  Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib. “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”,- deyə o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir”.

Nihat Zeybekçi: Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib

21 Dekabr 2016 13:46

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib. Məlumata görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar. N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: "Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük".

İran prezidentinin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vacib rol oynaya bilər

21 Dekabr 2016 13:41

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib rol oynaya bilər. Bu sözləri Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

"Səfirin qətlinə Rusya-İsrail-Türkiyə ittifaqından narahat olanların hərəkəti kimi baxmaq olar”

21 Dekabr 2016 11:53

“Rusiya səfirini qətlə yetirən şəxsin polis olması və hadisədən sonra öldürülməsi bir çox sualları cavabsız qoydu. Bu hadisənin alt qatında olan  səbəbləri yaxşı araşdırmaq lazımdır”. Bunu açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib

21 Dekabr 2016 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  AZƏRTAC

"Bu sui-qəsdin Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik"

20 Dekabr 2016 18:38

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini kəskin şəkildə qınayır və lənətləyirik. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

İlham Əliyev Angela Merkelə başsağlığı verdi

20 Dekabr 2016 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə başsağlığı verib.