Siyasət

Prezident 2017-ci il üzrə dövlət büdcəsini təsdiqləyib

27 Dekabr 2016 18:44

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Ölkə başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində təsdiq edilib. Apa.az

Bakıda Xəzərin statusuna dair Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib

27 Dekabr 2016 18:16

Bakıda Azərbaycanla Rusiya arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

"Rusiya Qarabağ münaqişəsi ilə bağlı hər şeyi edəcək"

27 Dekabr 2016 17:31

Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir. Ona görə də bizdən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin.

Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

27 Dekabr 2016 16:30

Dekabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək

27 Dekabr 2016 15:47

Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır. Bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Tehran Bakının könlünü almağa çalışır

27 Dekabr 2016 15:44

İran prezidenti Həsən Ruhani Ermənistana etdiyi səfərin Azərbaycanda mənfi qarşılandığını, bunun “İslam həmrəyliyinə” zidd olduğunu ört-basdır etmək üçün rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini Bakıya göndərib. Vaezi İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın həmsədridir və bu vəzifəsində ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsinə çalışır”.

Ermənistanın KTMT-yə katiblik etmək arzusu baş tutmadı

27 Dekabr 2016 15:32

Rusiyanın Sankt-Peterbuq şəhərində Kolkektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti toplantısı keçirilib. Toplantıda növbəti katiblik rotasiya qaydası ilə Ermənistana verilməli idi.

İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaqla sülh yolunun səmimi tərəfdarı olar- Mubariz Əhmədoğlu

27 Dekabr 2016 15:05

İran Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu qurmaq və davamlı etmək imkanına malikdir. Tehran və ya İsfahanda hər iki icmanın təmsilçilərinin görüşünü təşkil etməklə bu prosesi başlaya bilər. Bu məsələnin İran prizmasından 3 özəlliyi var:

Həsən Ruhani İran-Azərbaycan əlaqələrinin inkişafına dair yol xəritəsi hazırlamağı tapşırıb - YENİLƏNİB

27 Dekabr 2016 14:41

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək

27 Dekabr 2016 14:30

Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Aureliya Qriqoriu: Bakının vasitəçiliyi Rusiya-Türkiyə münasibətlərinin nizamlanmasına kömək edib

27 Dekabr 2016 14:25

Azərbaycan diplomatiyasının ən parlaq nailiyyəti son dərəcə gərginləşmiş Rusiya-Türkiyə münasibətlərinin nizamlanması üzrə vasitəçiliyi olub. Bu sözləri Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə şəxsən iştirakı dövlət başçısının diplomatiya sahəsindəki böyük təcrübəsini nümayiş etdirib.

Sülh Platforması hədəflərə çata biləcəkmi?

27 Dekabr 2016 14:12

Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər.

Yaxın Şərqdə davam edən geosiyasi mübarizə yeni dövlətlərin yaranması ilə nəticələnəcək

27 Dekabr 2016 14:09

Yaxın Şərq uğrunda mübarizə hər gün özünün yeni mərhələsinə qədəm qoyur. Artıq beynəlxalq güclər açıq şəkildə region uğrunda mübarizəyə başlayıblar. Daha dəqiq desək, mübarizənin yeni mərhələsi müşahidə edilir. Cərəyan edən proseslər isə ilk növbədə region ölkələri üçün problemlər yaradır.

Xələf Xələfov: "Bunlar beynəlxalq hüquqa zidd o lan qanunsuz hərəkətlərdir"

27 Dekabr 2016 13:49

"Ermənistan çalışır ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparsın, xaricdə yaşayan erməniləri burada məskunlaşdırsın. Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir". Məlumata görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə "müqavilə" bağlamasını şərh edərkən deyib. Nazir müavini bildirib ki, beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır.

Xələfov: "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir" 

27 Dekabr 2016 13:47

2017-ci ilin 1-ci rübündə Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair görüş gözlənilir. Məlumata görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Nazir müavini bildirib ki, Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mütəmadi görüşlər keçirilir: "Rusiya ilə delimitasiya məsələsi bitib, demarkasiya prosesi isə davam edir. Bu, uzun prosesdir. Normativ hüquqi baza formalaşmalıdır. Bundan sonra fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı istehsal olunacaq məhsullar gündəlikdədir. İş gedir. 2017- ci ilin ilk rübündə hər iki ölkə ilə komissiyanın iclaslarını keçirəcəyik. Konkret olaraq Rusiya ilə işçi qrupları səviyyəsində işlərimizi başa çatdırmışıq. Komissiyanın iclasının keçirilməsinə dair hazırlıq var.