Siyasət

Ukrayna parlamentinin Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçilib

23 Yanvar 2017 18:33

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi LoqvinskiAvropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev  bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Devlet Bahçelidən "Receb İvedik 5" filmində Azərbaycanla bağlı səhnəyə görə sərt tənqid 

23 Yanvar 2017 18:29

Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Devlet Bahçeli "Receb İvedik 5" filmindəki Azərbaycanla bağlı səhnədən danışıb. Partiya rəhbəri filmdə yayımlanan səhnəni tənqid edib. 

Şurada “Səhiyyə, sağlamlıq və ekologiya" qrupuna aid QHT-lərlə görüş keçirilib

23 Yanvar 2017 18:23

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına  “səhiyyə, sağlamlıq və ekologiya” məsələləri qrupundan üzv seçilən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib. Şura üzvü Anar Xəlilov  görüşün Şuranın dəstəyi ilə həyata keçirilən layihələrin icrasının yekunları ilə bağlı müzakirələr aparmaq, QHT-lərin qarşılaşdıqları problemləri və onların həlli üçün təşkilatların təkliflərini dinləmək  məqsədi ilə keçirildiyini deyib. Anar Xəlilov Şuranın dəstəyi ilə səhiyyə, sağlamlıq və ekologiya məsələləri istiqaməti üzrə ötən illərdə həyata keçirilən layihələrdən danışaraq təmsil etdiyi qurumun QHT-lərdən innovativ təşəbbüslər gözlədiklərini deyib.

Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası arasında strateji və iqtisadi forumu keçiriləcək

23 Yanvar 2017 18:07

 2017-ci ilin birinci yarısında Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Nazirlikdən “Olaylar” – a verilən məlumata görə Forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir. Tədbirdə Azərbaycan və KƏŞ üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.

Müxtəlif ölkələrdən alınmış ən müasir hərbi texnikalar düşmənin istənilən hədəfini məhv edə bilər

23 Yanvar 2017 17:34

"Müxtəlif ölkələrdən alınmış ən müasir hərbi texnikalar düşmənin istənilən hədəfini məhv edə bilər". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur

23 Yanvar 2017 17:10

"Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

Prezident İlham Əliyev: "Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur"

23 Yanvar 2017 17:08

"Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur". Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib.

AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir

23 Yanvar 2017 16:47

AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub.

Dağlıq Qarabağla bağlı Bakıdan SƏRT MESAJ

23 Yanvar 2017 16:06

Ötən ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrdən, konkret olaraq Azərbaycan Ordusunun Ermənistan silah birləşmələrinə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin bir hissəsi azad edildi.

Xəzərin hüquqi statusuna dair işçi qrupunun Bakı görüşünün vaxtı məlum olub

23 Yanvar 2017 15:42

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun görüşü yanvarın 25-də Bakıda keçiriləcək. Görüşdə işçi qrupunun Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan üzrə rəhbərləri iştirak edəcək.

"Sarkisyanın bəyanatları Azərbaycanın mövqeyinə təsir etmir və etməyəcək"

23 Yanvar 2017 15:33

“Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar mənasız və yalnız daxili auditoriyaya hesablanıb. Bu bəyanatlar Azərbaycanın mövqeyinə heç zaman təsir etməyib və etməyəcək də”. Bunu  politoloq İlqar Vəlizadə deyib.

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

23 Yanvar 2017 14:48

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevhərbçilərlə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib ki, münaqişənin həlli çox sadədir: "Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır

23 Yanvar 2017 14:45

Bu gün dünya da bilir ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevhərbçilərlə görüşündə deyib.

Silahlar, tanklar və toplar qadınların qarşısında gücsüzdür

23 Yanvar 2017 14:20

“CNN televiziyası 4 yerə bölünmüş ekranla Amerikanın müxtəlif şəhərlərinda baş qaldıran antitramp aksiyalarından reportajlar verir. Bütün seçki kampaniyası dövründə Klintonun zərbəçi qüvvəsi kimi arxalandığı zərif cinsin böyük ordusu paytaxt Vaşinqton daxil olmaqla, siyasi üsyanın ön cəbhəsinə çıxarılıb”.

Bu addımlar əhalinin sosial problemlərinin həllinə yönəlib

23 Yanvar 2017 14:04

"Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi cənab prezidentin hər zaman diqqət mərkəzində olmaqla yanaşı, qayğısı ilə əhatə olunub. Ölkə başçısı davamlı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Bu addımlardan biri bir neçə gün öncə minimum əmək haqlarının, yaşayış minimumun  artırılması ilə bağlı oldu”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.