Siyasət

BQXK mövqeyini işğala dəstək istiqamətində dəyişir

23 Yanvar 2017 13:47

“Beynəlxalq Qırmızı Xaç Komitəsi neytral mövqeyini işğala dəstək istiqamətində dəyişir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Daha bir QHT rəhbəri Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

23 Yanvar 2017 13:42

“Qafqazın Qovuşma Nöqtəsi” adlı qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Mişel İvor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub. Mişel İvorun bununla bağlı yaydığı bəyanatda deyilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, digər beynəlxalq  təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək,  təşkilat adından mən - Mişel İvor bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.

“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub

23 Yanvar 2017 13:39

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

Rusiya ilk dəfə olaraq “işğal olunmuş ərazilər” terminini işlətdi

23 Yanvar 2017 13:18

"Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqeyinə ən ciddi zərbələrdən biridir. Sadəcə, ermənilər emosional ritorikaya söykənərək belə düşünürlər ki, guya Lavrov Azərbaycan jurnalistinin sualına sərt cavab verib və Azərbaycan jurnalistinin üstündən tankla keçib. Reallıqda isə ekspertlərindən fərqli olaraq rəsmi Yerevan Lavrovun bəyanatına qarşı etiraz edir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Davos İqtisadi Forumunun nəticələri 

23 Yanvar 2017 13:14

“Davos İqtisadi Forumu xüsusilə də biznes subyektlərinin, o cümlədən iqtisadi siyasətin, idarə edənlərin, qərar qəbul edicilərin bir araya toplanması üçün mühüm formatlardan biri hesab olunur. Forumun qlobal səviyyədə şəkildə təşkil olunması, biznesin, hökumətlərin, eyni zamanda akademiyanın burada təmsil olunması, özü-özlüyündə dünyanın iqtisadi inkişafı baxımından və o cümlədən ayrı –ayrı regionların, xüsusilə də inkişaf etmiş ölkələrin, Azərbaycanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənovun forumun nəticələri haqqında danışarkən deyib.

Ermənilər heç zaman özlərinə güvənməyiblər

23 Yanvar 2017 13:13

“Serj Sarkisyanın sərsəm fikirlərlə zəngin son çıxışı onun öz cəsarəti deyil. Son zamanlar Rusiyadan xeyli silah və diplomatik yardım aldıqdan sonra ermənilər fəallaşıblar. Bunlar onu göstərir ki, ermənilər heç zaman özlərinə güvənməyiblər. Onlar Rusiya şərait yaradan kimi, bu ölkəyə uyğun hərəkətlər ediblər”. Bunu  politoloq Qabil Hüseynli deyib.

Sarkisyanın dedikləri işğalçının, caninin etirafıdır

23 Yanvar 2017 13:12

“Serj Sarkisyan Azərbaycan və Ermənistanın ayrılıqda Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz bəyanatı ilə əslində demək istəyib ki, bu münaqişəni yaradan böyük qüvvə var.

Tramp Dağlıq Qarabağ münaqişəsini həll etməklə Nobel sülh mükafatını ala bilər

23 Yanvar 2017 13:01

ABŞ prezidenti Donald Tramp sazişlərin əldə olunması sahəsindəki ustalığından istifadə edərək, dünyanın ən çətin həll olunan münaqişələrindən olan Dağlıq Qarabağ münaqişəsinin həllinə görə, nüfuzlu Nobel sülh mükafatını ala bilər. Bu barədə ABŞ-ın “Caspian Group Holding” şirkətinin baş direktoru Rob Sobhaninin “Washington Times” qəzetində dərc olunan məqaləsində yer alıb.

Şuşada saxlanılan azərbaycanlı girovlarla görüş olacaq

23 Yanvar 2017 12:56

Bu gün Kəlbəcər girovları ilə görüş keçirilə bilər. Bu barədə girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bildirib. "Bizdə olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komistəsinin nümayəndələri bu gün girovlara baş çəkəcək, bizim məktublarımızı onlara çadırıcaqlar", - deyə girovun qardaşı deyib.

Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək

23 Yanvar 2017 12:27

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Ermənilər atəşkəs rejiminə əməl etmir

23 Yanvar 2017 12:09

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbəırə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Şuraabad, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AŞ PA-da media azadlığı məsələsi müzakirə ediləcək

23 Yanvar 2017 11:59

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.

Trampın proseslərdə necə iştirak edəcəyi heç kimə bəlli deyil

23 Yanvar 2017 11:49

“Andiçmə mərasimində Donald Trampın elan etdiyi prinsiplərə diqqət etsək, Amerikanın yeni prezidentinin əsasən ABŞ-ın daxili işləri ilə məşğul olacağı, ölkənin iqtisadi problemlərinin həlli istiqamətində çalışacağı görünür. Ancaq onun dünyanın ayrı-ayrı ölkələrində mövcud olan problemlərə də müəyyən diqqət ayıracağı gözlənilir”. Bunu politoloq Elçin Mirzəbəyli deyib.