Ukrayna parlamentinin Azərbaycan əsilli deputatı AŞPA-nın vitse-prezidenti seçilib

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi LoqvinskiAvropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev  bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi LoqvinskiAvropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev  bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: "O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı".

Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31