Bu addımlar əhalinin sosial problemlərinin həllinə yönəlib

"Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi cənab prezidentin hər zaman diqqət mərkəzində olmaqla yanaşı, qayğısı ilə əhatə olunub. Ölkə başçısı davamlı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Bu addımlardan biri bir neçə gün öncə minimum əmək haqlarının, yaşayış minimumun  artırılması ilə bağlı oldu”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

"Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının sosial müdafiəsi cənab prezidentin hər zaman diqqət mərkəzində olmaqla yanaşı, qayğısı ilə əhatə olunub. Ölkə başçısı davamlı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün addımlar atır. Bu addımlardan biri bir neçə gün öncə minimum əmək haqlarının, yaşayış minimumun  artırılması ilə bağlı oldu". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, dövlət başçısının imzaladığı son sərəncamlara əsasən, minimum əmək haqları 11 faiz, yaşayış minimumu isə 105 manatdan 116 manata qaldırılıb. Millət vəkili qeyd edib ki, inflyasiyanın bir rəqəmli olacağı nəzərə alındıqda sözügedən artımların inflyasiya göstəricilərindən daha yüksək olduğunu görmək mümkündür: "Bundan başqa ölkə başçısının ötən ilin oktyabr  ayında imzaladığı fərman və sərəncamlara əsasən 11 istiqamət üzrə "Strateji Yol Xəritələri" icraya yönəldilib ki, bu da post-neft dövrü olan Azərbaycan iqtisadiyyatıın güclənməsinə, əhalinin daha keyfiyyətli xidmət alması, eləcə də bir sıra sosial problemlərinin həllinə yönələn addımlardır. Ötən ilin sonunda ölkə başçısı  Azərbaycanda ilk sosial evlərin təməlqoyma mərasimində iştirak etdi və bu il içərisində 2 min mənzil tikilərək aztəminatlı ailələrə veriləcək".

Dövlət başçısının bir neçə gün öncə pensiyaların sığorta hissələrinin  artırılması ilə bağlı sərəncamı haqqında da fikirlərini bildirən M.Quliyev söyləyib ki, bundan sonrakı dövrlərdə də istər əmək haqlarının, istər pensiya və müavinətlərin artırılmasının şahidi olacağıq: "Yeni iş yerlərinin açılması da Azərbaycan Prezidentinin prioritet istiqamətlərindən biridir və bu il  100 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub ki, onların da əksəriyyəti regionlarda aqrar sektora aiddir. Bu, Azərbaycan xalqının həm məşğulluğunu təmin edəcək, həm əhalinin gəlir əldə etmək imkanlarını genişlənəcək ki, bu da onların sosial müdafiəsi təmin  etmiş olacaq. Bütövlükdə götürdükdə 2 il bundan öncə Ölkə başçısının un və un məmulatlarının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı sərəncamı oldu, il yarım bundan öncə  isə Dövlət başçısının təşəbbüsü ilə qanunvericilikdə dəyişiklik edilərək  dərman vasitələrinin qiymətləri tənzimləndi. Bununla ölkəmizdə  dərmanların qiymətlərin  xeyli dərəcədə aşağı düşməsinə səbəb oldu.  Bundan əlavə, cənab Prezidentin göstərişi ilə Azərbaycanda daxili istehsalın güclənməsi istiqamətində mühüm addımlar atılır ki, bu da əhalinin ərzaq və gündəlik tələbat malları ilə daxili istehsal hesabına təmin  olunmasını həyata keçirəcək. Bu eyni zamanda  iş yerlərinin açılmasına , keyfiyyətli və ucuz məhsulların əldə olunmasına gətirib çıxaracaq".

"Ümumilikdə dünyada baş verən maliyyə iqtisadi böhrana, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın  builki büdcəsinin 40 faizi sosial xərclərə ayrılması və digər tədbirlər də onu göstərir ki,  Azərbaycan prezidentinin  daxili siyasətində sosial müdafiə əhalinin sosial rifah halının gücləndirilməsi prioritet istiqamətdir və bu siyasət bundan sonra da davam edəcək"- deyə,  millət vəkili əlavə edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31