Siyasət

Moldova prezidenti Azərbaycana gəlir

21 İyun 2017 12:36

Moldova prezidenti İqor Dodon Azərbaycana səfər edir. Azərbaycana gələn nümayəndə heyətinin tərkibinə Sosialistlər partiyasının sədri Zinadia Qreçanıy və Qaqauz muxtariyyətinin başqanı İrina Vlax daxildir.

Ermənilər 125 dəfə atəşkəsi pozub

21 İyun 2017 12:22

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK

21 İyun 2017 11:46

ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.

Bakıda insident: təcili yardıma getmiş qadın həkimi döydülər

21 İyun 2017 11:19

Bakıda həkim döyülüb.  5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

21 İyun 2017 11:08

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adlar, ali rütbələr, orden və medallar verilib - SİYAHI

20 İyun 2017 18:40

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

BMT-nin baş katibi qaçqınların hüquqlarını müdafiə etməyə çağırıb

20 İyun 2017 18:36

Bütün dünyada qaçqınlara dəstək göstərmək və onların hüquqlarını müdafiə etmək lazımdır. Bunu BMT-nin baş katibi Antoniu Quterreş iyunun 20-də qeyd olunan Ümumdünya qaçqınlar günü münasibətilə müraciətində deyib.

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

20 İyun 2017 18:33

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi

20 İyun 2017 18:28

Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri vardır. Ölkəmizdə ötən "Multikulturalizm İli"nin davamı kimi 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir.

"Minsk qrupu bu reallıqları görür, ancaq etiraf etmək fikrində deyil"

20 İyun 2017 18:01

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bəyanat əvvəlkilərdən fərqlənmir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmsədrlərin regiona son səfərinə münasibət bildirərkən deyib. S.Seyidov qeyd edib ki, həmsədrlərin regiona səfəri zamanı hansısa konkret fikir səslənmədi: "Minsk qrupu həmsədrləri nəhayət başa düşməlidirlər ki, bu şəkildə, bu formada münaqişənin həlli istiqamətində hər hansı addım atmaq çox çətin olacaq".

Oqtay Əsədov Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri ilə görüşüb

20 İyun 2017 16:11

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Görüşün nəticəsi kimi danışıqların bərpa olunub-olunmadığını demək mümkün olacaq”

20 İyun 2017 15:23

 “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nəinki həllindən, heç danışıqların bərpasından danışmaq olmur”.

"Jewish Telegraph Agency": "Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır"

20 İyun 2017 15:00

ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Ramazan ayına həsr olunmuş tədbir keçirilib. Bu barədə "Jewish Telegraph Agency" nəşrindəki məqalədə yazılıb. Tədbir Etnik Anlaşma Fondu ilə birgə təşkil edilib. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.

Hikmet Eren: "Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi,nə də insanı resursları var"

20 İyun 2017 14:55

Ermənistanın sülhdən başqa yolu yoxdur. Bunu Türkiyənin nüfuzlu Qeyri-Hökümət Təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri dr. Hikmet Eren cəbhə bölgəsində vəziyyətin gərginləşməsini şərh edərkən bildirib.

Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: "Həyat yoldaşım azərbaycanlıdır"

20 İyun 2017 14:54

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi məlum olub. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan belçikalı həmkarlarının ona bu bəhanələrlə bağlı məlumatlar verdiyini deyib.