Siyasət

Səyyaf İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verildi

21 İyun 2017 17:45

Prezident İlham Əliyev S.F.İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Qonşuluğumuzda bir ölkə itir

21 İyun 2017 17:18

Ermənistan parlamentində ölkə hökumətinin 2017-2022-ci illərdəki fəaliyyət proqramı müzakirə olunub. "Yelk" ("Çıxış") müxalifət blokundan olan deputat Edmon Marukyan da müzakirələr əsnasında baş nazir Karen Karapetyana "2018-ci ildən sonra da hökumətə başçılıq etmək niyyətindəsiniz?" sualını verib.

Kiprli diplomat erməni yalanını ifşa etdi

21 İyun 2017 16:12

Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib. Bu barədə diplomatik mənbədən məlumat verilib. Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda iddia etmişdi ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı guya Dağlıq Qarabağın "tarixi erməni torpaqları" olduğunu demişdi.

"Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq" - General Aydəmirov

21 İyun 2017 16:06

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib.  General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: "Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyilər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə düşmən ağır itkilərə məruz qalır. 

Azərbaycanın İtaliyadakı səfiri erməni nazirin yalanlarına cavab verdi

21 İyun 2017 15:45

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində ölkəsini dünyada qaçqınlar, miqrasiya, milli azlıqlar kimi problemlərə həssas yanaşan, multikulturalizm dəyərlərinə sadiq ölkə kimi göstərməyə cəhd edib, habelə Ermənistan-Azərbaycan münaqişəsi və hazırkı danışıqlar prosesi ilə bağlı təhrif edilmiş məlumatlar verib.

XİN yapon bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

21 İyun 2017 14:26

Yaponiya vətəndaşı, müstəqil bloqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Politoloq: "Ermənistan kriminal avtoritetlər hazırlamaqla məşğuldur"

21 İyun 2017 14:13

"Azərbaycan Müdafiə Nazirliyinin bir diversantın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatı erməni tərəfdən iki saxta qurum təkzib edir. Lakin mən bizim nazirliyin yaydığı məlumata inanıram. Ona görə yox ki, Müdafiə Nazirliyi bizim qurumdur, ona inanmalıyam. Səbəbi odur ki, Ermənistanda ordu yoxdur, düşmənin ordusu avtoritet və kriminalların bazasına çevrilib". Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Əkbər Qoşalı Milli Ordumuzun gücündən danışdı

21 İyun 2017 14:11

“Qarşıdan 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu gün münasibəti ilə bütün hərbçilərimizi, ayrıca, dünən Ali Baş Komandanımızın Sərəncamı ilə təltif olunan, eləcə də, general rütbəsi alan Silahlı Qüvvələrimizin dəyərli mənsublarını ürəkdən təbrik edirəm. İnşallah, ordumuzdan qələbə soraqları eşidək. Bu yerdə, qələbə soraqlarının uzaq gələcəyə aid hadisə olmadığını vurğulamaq istərdim. Tanrımıza şükürlər olsun, günümüzdə də qələbə soraqları eşidirik, hər gün eşidəcəyimizə də ümidimiz, inamımız tamdır. Bütün zorluqlara, olumsuzluqlara baxmayaraq, Ali Baş Komandanımızın alovlu vətənpərvərliyi, xalqımızın orduya dərin məhəbbəti, işimizin haqq işi olması və başqa obyektiv, təməlli səbəblər sayəsində ordumuz, elan olunmamış savaşdan qalib çıxacaq”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

"Ağdərədə Cocuq Mərcanlıdakı kimi tikinti başlasa, ermənilər bizdən iş istəyəcək"

21 İyun 2017 14:05

"Azərbaycanın iqtisadi cəhətdən güclənməsi torpaqların azad edilməsini şərtləndirir". Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən "Qarabağ saatı"nda deyib.

Ermənistan Azərbaycanın müharibə hüququnu əlindən almağa çalışır

21 İyun 2017 13:38

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti “turist səfəri” başa çatdı. Rusiya, ABŞ və Fransanın orta səviyyəli məmurlarından ibarət qrup Azərbaycan və Ermənistanda, ayaqüstü də olsa da Dağlıq Qarabağda oldular.

İrəvan müharibə istəyir

21 İyun 2017 13:16

Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla bərabər, cəbhə xətində müntəzəm olaraq təxribata da cəhd göstərir. Bu günlərdə baş verən erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun bir hərbiçisi şəhid olsa da, ancaq düşmən də yol verdiyi təxribata cavab olaraq aöır itkilərlə üzləşdi.

Sergey Markov: Minsk qrupu və Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin böyük sülh sazişinə nail olmasına çalışır

21 İyun 2017 13:01

Bu gün dünya siyasəti müəyyən çalxalanma yaşayır və bu, hamıya təsir edir. Bunu jurnalistlərə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, hazırda Bakı və Moskva arasında müxtəlif sahələrdə - hərbi sahədən turizm və kənd təsərrüfatı sahələrinədək – münasibətlərin möhkəmləndirilməsi davam edir.

Siyasi şərhçi: “Formula-1 turist axınının güclənməsinə səbəb olacaq”

21 İyun 2017 12:56

“İstər qlobal, istərsə də regional səviyyəli mədəni-kütləvi tədbirlərin, iqtisadi forumların, idman yarışlarının hər hansı ölkədə keçirilməsi birmənalı şəkildə o ölkənin reklamına böyük töhfə vermiş olur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Rusiyanın ermənipərəst mövqeyinin Gizli məqamları

21 İyun 2017 12:54

"Dağlıq Qarabağın tənzimlənməsində cəmiyyətin aktiv tərəfinin iştirakına ehtiyac var. Çünki bu, təkcə iki dövlət arasında gedən münaqişə deyil, dünya ermənilərinin dünya Azərbaycanlılarına elan etdiyi müaribədir. Azərbaycanlılar da sevindiricidir ki, onlara layiqli cavab verir".

"Ordumuzun gücü artıq beynəlxalq aləmdə nəzərə alınır"

21 İyun 2017 12:42

“Azərbaycanda Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, Ulu Öndər hakimiyyətə gələnə qədər ölkəmizdə Müdafiə Nazirliyinin, Azərbaycan ordusunun sadəcə kağız üzərində adı var idi. Ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı və qısa müddətdə orduda vahid komandanlıq bərpa olundu. Müxtəlif siyasi xətlərə, qruplara tabe olan silahlı birləşmələr ləğv olundu və Azərbaycan ordusu yaradılmağa başladı”. Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.