Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq"
zərbaycan-Moldova münasibətlərinin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla geniş tərkibdə görüşündə deyib.
Zaxarova: “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
"Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur". Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Rufiz Qonaqov: “Ermənistanın işğalçılıq siyasəti region üçün böyük təhlükəyə çevrilib”
İyunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirib. Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, media, Millət Vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak edib.
Deputat: "Ya Nalbandyan Ermənistanın XİN rəhbəri deyil, ya da ...”
“Yalan danışmaq, özünə aid olan cəhətləri başqasının adına çıxarmaq, beynəlxalq ictimaiyyəti aldatmaq, özünü qeyri-ciddi aparmaq Ermənistan hakimiyyətinin fəaliyyət formalarından biridir”.
İsrail polisi: İsrailli tələbələr Ermənistanda saxta tibb diplomları alır
İsrail polisi tələbələrin Ermənistanda saxta tibb diplomları alması barədə İsrail Səhiyyə Nazirliyinin şikayətini nəzərdən keçirir. Bu barədə İsrailin “The Marker” nəşri yazır.
Prezident İlham Əliyev: Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun
Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib.
Ermənistana məxsus PUA məhv edilib
İyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Cəbhədə növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 23-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Ermənilər 140 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (52 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan və Moldova prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.
Sevinc Fətəliyeva: “Prezidentin sərəncamı dini konfessiyalara göstərilən diqqətdir”
“Ölkəmizdə bütün dini konfessiyaların fəaliyyəti üçün normal, bərabər şərait yaradılıb. Dövlətimiz hər zaman dini konfessiyalara diqqət göstərir. Dövlət başçısının dini icmalara yardımların edilməsi ilə bağlı sərəncamında da vurğulandığı kimi sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr verib”. Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva Prezident İlham Əliyevin dini icmalara yardım edilməsi ilə bağlı sərəncamını şərh edərəkən deyib.
Azərbaycanda iki Universitetə publik hüquqi şəxs statusu verilir
Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
Vergi Məcəlləsində dəyişiklik edildi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 701-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
Prezident İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.














