Siyasət
Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoqunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
Mübariz Əhmədoğlu: “BMT TŞ-nın qətnamələrinin reallaşması heç vaxt gec deyil”
“Dağlıq Qarabağ tənzimlənməsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin reallaşması heç vaxt gec deyil. Ermənistan bu dörd qətnamənin əsas tələbini-işğalçı erməni qoşun birləşmələrini istənilən anda Azərbaycan ərazisindən çıxarmağa başlaya bilər. 1994-cü ildən bu günədək Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan ərazisindən Ermənistan bircə dənə hərbi texnikasını da çıxarmayıb”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədri: “ATƏT MQ iş başında deyil, tənzimlənmə ilə BMT məşğul olmalıdır”
“ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri təsir gücünə görə əvvəlkilərdən tam fərqlidir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...
“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Düşmən qorxub, vəziyyəti araşdırır
Ermənistan prezidenti Serj Sarkisyan Brüsseldədir. O, Avropa Xalq Partiyasının (European Peoples Party) genişlənmiş heyətdə zirvə toplantısına qatılıb. Sarkisyan son dəfə Ermənistandakı parlament seçkiləri ərəfəsində yollanmış, fevralın 26-dan 28-dək Belçikanın paytaxtında rəsmi səfərini gerçəkləşdirmişdi.
Əli Əhmədov: İqtisadi maraqlar Azərbaycan-Moldova əməkdaşlığının inkişafını zəruri edir
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Moldova rəsmiləri ilə görüş keçirilib. YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Moldova Sosialistlər Partiyasının sədri Zinaida Qreçanini və Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay Posturusunu qəbul edib. Ə.Əhmədov bildirib ki, Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq mövcuddur. İki ölkənin mövqeləri bir çox məsələlərdə üst-üstə düşür: “Beynəlxalq müstəvidə də Azərbaycan ilə Moldova arasında səmərəli əməkdaşlıq edir. İqtisadi maraqlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini zəruri edir”. YAP rəsmisi vurğulayıb ki, iki ölkənin hakim partiyaları arasında da əlaqələr yüksək səviyyədədir: “Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi hər iki tərəfin marağındadır”.
Ordunun modernləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
“Biz hələ ki, sülh danışıqlarına sadiqik. Lakin hərb variantı da istisna deyil! Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Bəxtiyar Sadıqov səsləndirib. O, bildirib ki, əgər beynəlxalq qurumlar istəmirlərsə müharibə baş versin, birinci növbədə problemin sülh yolu ilə həllinə nail olmalıdırlar: “Onlar işğalçını öz adı ilə çağırmalıdırlar! BMT-nin qətnamələrini yerinə yetirməlidirlər!
Eldar Əzizov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev E.Ə.Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
XİN: ATƏT-in Minsk Qrupu həmsədrləri bu etirazlardan nəticə çıxarmalıdır
“Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur”. “Olaylar” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forumda “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Qarabağdan bütün dünyaya ağ ölüm təhlükəsi yayılır
Siyasi və iqtisadi baxımdan tənəzzülə uğrayan, böhran dövrünü yaşayan Ermənistan rəhbərliyi mövcud vəziyyətdən çıxış yolları axtarmaqdadır. Elə erməni rəsmilərinin müntəzəm olaraq Avropa, hətta ərəb ölkələrinə səfərləri də məhz bu məqsədə xidmət edir. Ancaq İrəvanın diplomatik cəhdləri heç də hər zaman uğurla alınmır. Daha doğrusu işğalçı ölkə ilə iqtisadi sahədə hansısa əməkdaşlığın perspektivsizliyi İrəvanın üz tutduğu dövlətlərə aydın məlum olduğundan bir çox hallarda ermənilərin ikitərəfli əməkdaşlıq niyyətləri reallaşmır. Və İrəvanın yenə də son ümid yeri Moskva və -Tehran olur. Lakin son illərdə dünyada iqtisadi böhran, bunun Rusiya iqtisadiyyatına təsiri, eyni zamanda İrana qarşı Qərbdən yeni təzyiqlərin başlaması Ermənistana şimal və cənub qonşumuzdan açılan nəfəsliyin daralmasına gətirib çıxarır. Və ona görə də Ermənistan hakimiyyəti mövcud böhrandan çıxmaq üçün alternativ yollar axtarışındadır.
Prezident İlham Əliyev: "Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər"
Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər. Bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlətimizin başçısı bildirib: "Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar! Bir daha səmimi qəlbdən Moldova nümayəndə heyətini Azərbaycanda salamlamaq istəyirəm.
"Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 674-VQD nömrəli Qanununun tətbiqi haqqında və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Erməniləri elə cəzalandırmaq lazımdır ki,...”
Erməni kəşfiyyatçının cəbhədə təxribat cəhdi edərkən əsgərlərimiz tərəfindən ələ keçirilməsi işğalçı ölkədə ciddi narahatçılığa səbəb olub. Bu narahatçılıq o qədər hiss edilir ki, hətta erməni rəsmilər baş vermiş hadisə ilə əlaqədar nə dediklərini belə bilmir, əvvəl verdikləri açıqlamanı bir neçə saat sonra təkzib edərək daha absurd açıqlamalarla çıxış edirlər.
Ermənistan Qarabağda 12 PKK düşərgəsi yaradıb
Dünya dövlətlərinə də sirr deyil ki, hazırda Dağlıq Qarabağ ərazisi işğalçı dövlət tərəfindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur.
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib. Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.














