Siyasət

Elmar Məmmədyarov Kosta Rikanın xarici işləri ilə görüşüb

23 İyun 2017 15:01

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər. Nazir Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Elmar Məmmədyarov həmçinin Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Malena Mard: "İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam"

23 İyun 2017 14:36

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın səlahiyyət müddəti avqustun 31-də bitəcək. Bu barədə M.Mard özü bildirib. O yaxın vaxtlarda Brüsseldə Azərbaycandakı nümayəndəliyin yeni rəhbərinin adının açıqlanacağını bildirib: "Mən isə İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam. Ailəm də Stokholma qayıdır. Amma biz Azərbaycana gəlib-gedəcəyik. Bizim burada dostlarımız var. Mənim iki oğlum 4 ildir buradadır. Onlar Azərbaycana yenidən səfər etməyimizi planlaşdırırlar".

Prezident İlham Əliyev: "Formula-1 yarışı Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir"

23 İyun 2017 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdini təbrik edib

23 İyun 2017 14:22

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 13:15

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır. “Trend”in məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatlara münasibət bildirib

23 İyun 2017 13:12

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Azərbaycan Ordusunun 4 hərbçisinin həlak olması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.

Azərbaycan  aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göstərib

23 İyun 2017 12:38

Azərbaycan Respublikası tərəfindən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində cari ildə yaranmış humanitar böhran ilə bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50 min ABŞ dolları məbləğində yardım göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfindən edilən bu yardım BMT-nin baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.

Rafael Hüseynovun məruzəsi AŞ PA-da müzakirə ediləcək

23 İyun 2017 12:02

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.

Oqtay Əsədov Moldova prezidenti ilə görüşüb

23 İyun 2017 11:59

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşüb. MM-dən “Oaylar”a verilən məlumata görə, sədr bildirib ki, yüksək səviyyəli bu səfər ölkələr arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Qeyd edilib ki, hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bugünədək Azərbaycanla Moldova arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 60-a yaxın dövlətlər və hökumətlər arası sənədlər imzalanmışdır

Ziyafət Əsgərov Serbiya prezidentinin andiçmə mərasiminə qatılacaq

23 İyun 2017 11:58

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyaya səfər edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən “”Olaylar”a verilən məlumata görə, səfərin məqsədi bu ölkənin yeni seçilən prezidenti Aleksandr Vuçiçin iyunun 23-də keçiriləcək andiçmə mərasimində iştirak etməkdir. Z.Əsgərovun səfəri iyunun 24-də başa çatacaq.

Cəbhədən MÜHARİBƏ XƏBƏRİ

23 İyun 2017 10:19

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu

22 İyun 2017 18:47

Aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib. Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi: “Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.

Azərbaycanın maşınqayırma sənayesi işçilərinə fəxri ad və medal verilib - SİYAHI

22 İyun 2017 18:34

Prezident İlham Əliyev Azərbaycanın maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.