Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu- FOTO

Soydaşımız Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə   məlumatı namizədin özü - Nüsrət Məmmədov verib.

Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Prezidentlik vəzifəsinə Qırğızıstan vətəndaşı Nüsrət Musa oğlu Məmmədovun namizədliyini qəbul edib.

N. Məmmədov 1957-ci ildə doğulub və Qırğızıstan vətəndaşıdır. N.Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna rəhbərlik edir.

Soydaşımıza uğurlar arzulayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31