Siyasət

Ombudsman beynəlxalq aləmə müraciət ünvanladı

5 İyul 2017 16:40

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, bəyanatda bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Azay Quliyev Ermənistanı barbar və vəhşi adlandırdı

5 İyul 2017 16:39

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək  Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində  iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Ermənistanın dövlət siyasəti Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdiddir

5 İyul 2017 16:22

Ermənistan bütün beynəlxalq qanunların ziddinə gedərək Azərbaycana qarşı təxribat xarakterli addımlarını davam etdirməkdədir.  Silahların xüsusən mülki əhaliyə qarşı tuşlanması isə əslində ermənilərin bir toplum kimi xislətini ortaya qoymuş olur. Cəbhə bölgəsində yaşayan insanlarda psixoloji gərginlik yaratmaq istəyi isə Ermənistanın məkirli niyyətlərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

2 yaşlı Zəhranın qatilləri manyaklaşıb: düşmən daha da həyasızlaşıb

5 İyul 2017 16:18

"Uşaqlardan düşmən olmaz. Xüsusilə də 2 yaşlı uşaqdan. Lakin 2 yaşlı Zəhranın ölümündə biz günahkar deyilik". Dağlıq Qarabağdakı terrorçu rejimin "Müdafiə Nazirliyinin mətbuat katibi" Senor Asratyan Facebook-dakı səhifəsində belə yazıb.

"Qisas əməliyyatı" - "Ermənistana hərbi təzyiq artırılmalıdır"

5 İyul 2017 16:07

Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır. "Füzulinin Alxanlı kəndi iyulun 4-də raket atəşinə tutularkən Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın Ermənistandakı səfiri ilə birgə Amerika səfirliyi ərazisində ərik ağacı əkirdi. Dünən, yəni 4 iyulda Amerikanın müstəqillik günü idi və Sarkisyan səfir vasitəsilə Amerikaya yaltaqlanmaq üçün şəxsən səfirliyə getmişdi. İkiüzlülüyə bax ki, Sarkisyan Amerika səfirinə yaltaqlanarkən və onun vasitəsilə Amerikanın Ermənistana etdiyi maliyyə yardımına görə təşəkkür edərkən, eyni vaxtda Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun guya cəbhə bölgəsində Amerika raketlərindən istifadə etdiyinə dair xəbər yayırdı".

NATO PA-nın seminarında ermənilərin Füzulidə dinc sakinləri öldürməsi məsələsi qaldırılıb

5 İyul 2017 15:58

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.

Müxalif düşərgə uzun illərdir “sinifdə” qalır

5 İyul 2017 15:56

2017-ci ilin altıncı ayında yaşasaq da, ölkənin siyasi həyatında bu vaxta qədər elə də ciddi bir hadisə, proses baş verməyib. Daha dəqiq desək siyasi proseslərin əsas iştirakçısı hesab edilən müxalif düşərgə ötən müddət ərzində hər hansı aktivlik, proseslərə müdaxilə imkanları ortaya qoya bilməyib. Yalnız ilin əvvəlində hansısa məqsəd və hədəflərə hesablanmış bir-iki etiraz aksiyası keçirilib ki, bu da nə həmin aksiyanı təşkil edənlər, nə də onun sifarişini verənlər üçün qaneedici sayılmayıb. Səbəbi isə hər kəs aydındır. Aksiyaya Azərbaycan cəmiyyətinin istənilən dəstəyi verməməsi və onun təsir imkanına malik olmamasıdır.

Deputat gənclər təşkilatlarına çağırış etdi

5 İyul 2017 15:44

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Ermənistanın cöbhə xəttində törətdiyi vandalizm aktı ilə bağlı ölkəmizdə, eyni zamanda, dünyada fəaliyyət göstərən bütün gənclər təşkilatlarına müraciət edib. Mürüciətdə bildirilib ki, aşağıdakı linkə daxil olmaqla ermənilərin Füzulidə törətdiyi vəhşiliyi Avropa Parlamentində fəaliyyət göstərən deputatlara çatdırmaq lazımdır.

QDİƏT Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Deklorasiya qəbul etdi

5 İyul 2017 15:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 49- cu Baş Assambleyasının iyulun 5-də keçirilən iclasında Azərbaycanın ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının tanınması ilə bağlı Deklorasiya qəbul edilib. Bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev məlumat verib.

Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək

5 İyul 2017 15:36

İyulun 9-da Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Dünya Azərbaycanlıları Assambleyasından daxil olub. Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.

Kaspşik azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı təmas xəttində araşdırma aparır

5 İyul 2017 15:22

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik dünən Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı təmas xəttinin hər iki tərəfində araşdırma aparır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib. "Düşünürük ki, o, araşdırmalar nəticəsində ədalətli bəyanat verəcək", - deyə H. Hacıyev qeyd edib.

Fransalı senator: "Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, işğaldır"

5 İyul 2017 15:17

"Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün cəsarət və iradənin olmaması yenə də azərbaycanlıların qanının axıdılmasına səbəb oldu". Bunu Fransa senatoru, Senatın Xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib. N.Qule qeyd edib: "Ölkə öz ərazilərinin 20 faizinin qeyri-qanuni işğalına nə vaxta qədər dözməlidir? Hələ nə qədər ölüm faktı olacaq?" 

Ermənistan beynəlxalq humanitar hüququ ayaq altına atıb

5 İyul 2017 14:43

Ermənistan heç bir beynəlxalq qaydalara riayə etmədən təxribat xarakterli əməllərini davam etdirir. Beynəlxalq səviyyədə hamılıqla qəbul edilən müharibə qanunlarını ayaq altına atan Ermənistan silahlı dəstələri nəinki mülki əhalini, hətta heç bir günahı olmayan məsum uşaqları qətlə yetriməkdən belə çəkinmir.