Siyasət

"BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda yeni qurbanlar olacaq"

5 İyul 2017 18:28

"Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmazsa, regionda əvvəlki kimi dinc sakinlər arasında qurbanlar olacaq". Bunu  Böyük Britaniyanın Transatlantika və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Ziba Norman deyib.

Türkiyənin millət vəkillərindən Alxanlıdakı hadisəyə SƏRT REAKSİYA

5 İyul 2017 18:24

"Dövlətimizə qarşı yönələn təhdidləri aradan qaldırmaq üçün mübarizə apararkən qardaş Azərbaycanın Qarabağ bölgəsində Ermənistan işğalçılarının ağır silahlarla hücumu nəticəsində 2 yaşlı övladımızın qətlə yetirilməsi Türkiyədə hamını ağrıdıb. Bu, öz torpağını işğaldan azad etmək üçün Azərbaycanın səbrini daşıran bir damladır". Bu sözləri  Ədalət və İnkişaf Partiyası (AKP) Osmaniyə millət vəkili Suat Önal deyib. O bildirib ki, Türkiyəni "soyqırım" törətməkdə haqsız şəkildə ittiham edən Ermənistan və erməni diasporası üçün 2 yaşlı azərbaycanlı uşağın onların özləri tərəfindən qətlə yetirilməsi ən ibrətamiz cavabdır: "Türk-islam milləti bunu unutmayacaq, unutmamalıdır. Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, yüz il əvvəl olduğu kimi, bu gün də öz torpaqlarını işğalçı ünsürlərdən təmizləmək yolunda Türkiyə hər an onların yanındadır və üzərinə düşən hər bir vəzifəni qərarlı şəkildə yerinə yetirəcək".  

"32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub"

5 İyul 2017 18:21

"Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir". 

"Azərbaycan diaspor təşkilatları səfərbər olunub"

5 İyul 2017 18:18

"İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı Azərbaycan diaspor təşkilatları səfərbər olunub". 

ATGTİ erməni təxribatı ilə bağlı bəyanat yaydı

5 İyul 2017 18:16

Erməni işğalçılarının 4 iyul 2017-ci il tarixində cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)

Ermənilərin Füzulidəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq

5 İyul 2017 17:33

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər tərəfindən beynəlxalq təşkilatlara bəyannamə ünvanlanacaq.

Millət vəkili: Bundan sonra baş verəcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşür

5 İyul 2017 17:31

“Ermənistanın kriminal rəhbərliyi hər zaman danışıqlar prosesini pozmaq üçün təxribatlara əl atıb. Daim çalışıb ki, müxtəlif vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirsin. 2016-cı ilin aprel ayında da Ermənistan eyni addımı atdı və layiqli cavabını aldı. Bu dəfə Füzuli rayonunun Alxanlı kəndində baş verən ölüm hadisəsi də Ermənistanın qanlı əməllərinin nəticəsidir. Məhz Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha isbatlayır”.

Duma Rusiyanın Azərbaycanda yeni səfirinin namizədliyini təsdiqləyib

5 İyul 2017 17:29

Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.  Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində namizəd Georgi Zuyev olub. 

Türkiyənin ehtiyatda olan bir qrup yüksək rütbəli zabiti ilə Müdafiə Nazirliyində görüş keçirilib 

5 İyul 2017 17:22

İyulun 5-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

2 yaşlı Zəhranın qanlı fotosu NATO-nun tədbirində nümayiş etdirildi

5 İyul 2017 17:13

NATO Parlament Assambleyasının  Ukrayna  paytaxtı Kiyevdə keçirilən 95-ci “Rose-Roth” seminarında Azərbaycanli millət vəkili Məlahət İbrahimqızı erməniləri işfası qalmaqalla nəticələnib.

İki yaşlı şəhidimizə görə MÜHARİBƏ BAŞLAYIR - Putinin adamı "ERMƏNİ PLANINI" AÇDI

5 İyul 2017 17:08

Ermənistanın Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək, dinc insanları öldürməsinə görə Qarabağda yeni müharibə başlaya bilər. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Vestnik kavkaza” saytına açıqlamasında bildirib.

BİRA Petitsiyaya başladı – ATƏT-dən imtina edək!

5 İyul 2017 17:01

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməsi üçün petitsiyaya başlayıb. Petitsiyada deyilir ki, işğalçı Ermənistanın Fizuli rayonunun Alxanlı kəndini, sivil insanları minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində, törətdikləri təxribat nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar: “Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Komitə: Dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri Füzulidəki son təxribata layiqli qiymət verməlidir

5 İyul 2017 16:58

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən törədilən, Füzulidə dinc sakinlərin ölməsi və yaralanması ilə nəticələnən təxribata münasibət bildirib. 

İƏT Azərbaycan kəndinin erməni qoşunları tərəfindən atəşə tutulmasını kəskin pisləyir

5 İyul 2017 16:55

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi istənilən güc tətbiqini pisləyir və hesab edir ki, bütün mübahisələr dinc yolla həll edilməlidir. Bu barədə təşkilatdan bildirilib. Təşkilatın şərhində qeyd olunur ki, İƏT Azərbaycanda dinc sakinlərin həlak olması ilə nəticələnmiş Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını pisləyir.

"Beynəlxalq təşkilatlar ermənilərin dinc əhaliyə qarşı vandalizmlər törətməsinə göz yumur"

5 İyul 2017 16:51

"Ermənilərin cəbhə bölgəsində işğal etdikləri ərazilərdən Azərbaycanın mülki əhalisinə qarşı təxribat törətmələri birinci dəfə deyil". Bunu  millət vəkili Tahir Rzayev deyib.