Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirdi.

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirdi.  Elmar Məmmədyarov bu səfərin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd etdi. O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğuladı. Xüsusilə, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd etdi. Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini dedi.Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırdı və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. Elmar Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Alim\"OLAYLAR"İA\ Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov 2017-ci ilin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri olduğunu bildirdi.  Elmar Məmmədyarov bu səfərin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin qarşıdan gələn aylarda Macarıstana səfəri, həmçinin Birgə İqtisadi Komissiyanın növbəti VII iclasının keçirilməsinə hazırlıq məqsədi daşıdığını qeyd etdi. O, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaratdığını bildirərək, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğuladı. Xüsusilə, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, mədəniyyət və əczaçılıq sahələrini qeyd etdi. Azərbaycanın enerji sahəsində Avropanın etibarlı tərəfdaş olduğunu deyən nazir Elmar Məmmədyarov bu xüsusda TANAP və TAP layihələrinin plana uyğun həyata keçirildiyini bildirdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Macarıstan şirkətlərinin də bu dəhlizlərin yaradacağı imkanlardan faydalana biləcəyini dedi.Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı statusu barəsində həmkarını məlumatlandırdı və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğuladı. Elmar Məmmədyarov Macarıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31