Siyasət

Prezident İlham Əliyev: Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır

5 İyul 2017 22:20

Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində yazıb.

Millət vəkili Bob Bləkman: “Mülki əhalinin qəsdən atəşə tutulması mənfur hərəkətdir”

5 İyul 2017 21:14

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bəyanatla çıxış edib. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirilib ki, "İstənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir. Ermənistan silahlı qüvvələri “təmas xətti” boyunca atəşi dayandırmalı və sülh danışıqlar üçün zəmin yaratmalıdır" .

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycandakı dini konfessiyaların nümayəndələri erməni vandallığını pisləyir"

5 İyul 2017 19:39

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar və dini icmalar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki dinc sakinin - yaşlı qadın Sahibə Allahverdiyeva və onun 2 yaşlı qız nəvəsi Zəhra Quliyevanın həlak olmasına, bir mülki şəxsin - Səlminaz Quliyevanın ağır yaralanmasına sərt münasibət bildirib. Bu barədə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələyə münasibət bildirərkən deyib.

Milli QHT Forumu bəyanat verdi

5 İyul 2017 19:27

Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində uşaqların və qadınların Ermənistan ordusunun atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı Azərbaycan qeyri-hökumət təşkilatlarının

Dinc əhaliyə qarşı cinayətə son qoyulmalıdır

5 İyul 2017 19:24

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun - müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir.

Vüqar Rəhimzadə: Günahsız körpələrin qətlə yetirilməsi Ermənistanın terrorçu siyasətinin mahiyyətini ortaya qoyur

5 İyul 2017 19:18

 “25 il bundan əvvəl olduğu kimi, terrorist, vəhşi, quldur, qaniçən Ermənistan hakimiyyətinin işğalçılıq siyasəti bu gün də davam edir, dinc əhali hədəf seçilir. 1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız zəhraları qətlə yetirməklə öz şərəfsiz əməllərini davam etdirirlər. Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar.

Azərbaycan Mətbuat Şurası Alxanlıda yaşanan faciə ilə bağlı bəyanat yayıb

5 İyul 2017 19:10

Azərbaycan Mətbuat Şurası 4 iyul 2017-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Dünyanın media ictimaiyyətinə ünvanlanmış bəyanatda bildirilir: “Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günədək erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik halları, atəşkəsin pozulması faktları zaman-zaman dünyanın media ictimaiyyətinin də diqqət mərkəzində olub.

Ərdoğan: Çıxışımı qadağan etməklə Almaniya siyasi intihara yol verir

5 İyul 2017 19:08

"Mənim Almaniyada türk diasporu qarşısında çıxışımı qadağan etməklə Almaniya siyasi intihara yol verir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Bəyanat: Dinc sakinləri qətlə yetirməklə Ermənistan insanlığa qarşı hərbi cinayətlərini davam etdirir

5 İyul 2017 19:02

Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər.

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı hücumunu kəskin şəkildə pisləyir

5 İyul 2017 18:59

Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı təxribat xarakterli fəaliyyətini kəskin şəkildə pisləyir. Assosiasiyanın prezidenti Jan-Fransua Mansel tərəfindən imzalanan bəyanatda dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verilir.

Tərtərdə avtomobil yolunun tikintisinə 7 milyon manat ayrıldı

5 İyul 2017 18:44

Prezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatından bəyanat

5 İyul 2017 18:43

2017-ci ilin iyul ayının 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi surətdə həlak olması, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın isə ağır yaralanması Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının bütün üzvlərinin hiddətinə və qəzəbinə səbəb olmuşdur. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi,  terroru və s. özünün dövlət siyasətinə çevirmiş ermənistanı dəstəkləməsi cəzasızlıqdan azğınlaşmış bu qondarma forpostun, qadın və uşaq qatilinin  təcavüzkar siyasətini davam etdirməsində böyük zəmin yaratmışdır.

QMİ-dən son erməni təxribatı ilə bağlı BƏYANAT

5 İyul 2017 18:35

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son erməni təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.