Normand formatında keçirilən görüşdə hər hansı bir nəticənin olacağı gözlənilmir

“Rusiyanın Ukrayanaya qarşı hərbi- siyasi təzyiqləri davam edir. Normand formatında keçirilən görüşdə hər hansı bir nəticənin olacağı gözlənilmir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

"Rusiyanın Ukrayanaya qarşı hərbi- siyasi təzyiqləri davam edir. Normand formatında keçirilən görüşdə hər hansı bir nəticənin olacağı gözlənilmir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, rəsmi Kreml Şərqi Ukraynada "Melorusiya" lahiyəsini ortaya atmaqla, yenidən Ukrayna və Qərbə qarşı siyasi təzyiq etməkdədir: "Hazırda Baltikyanı və Şərqi Avropada NATO -nun silahlı qüvvələrinin cəmləşməsi, ABŞ-ın yeni raket batareyalarını və zirehli transpyotrlarını Avropaya göndərməsi, Qara dənizdə NATO -ya bağlı gəmilərin təlimləri Rusiyanın artan aqressiyasına qarşı önləyici təbirləri, rəsmi Moskvanı Ukrayanada separatizmi qızışdırmasına və Kiyevə təzyiqləri artırmasına səbəb olub. Buna baxmayaraq Ukraynanın prinsipial mövqeyi onun Rusiya qarşısında geri çevrilməsi ilə ntəicələnməyəcək". Politoloqun sözlərinə görə, Putin çalışacaq ki, Ukraynada prezident seçkiləri öncəsi Donbas və Luqanskda yenidən müharibəni alovlandırsın və Kiyevdə dövlət çevrilişi həyata keçirsin: "Normand formatında Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin görüşündən sonra Şərqi Ukrayanada atəşkəsə nisbi riayət olunsa da, problemlərin artacağı gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31