"Azərbaycanla Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır"

"Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır". Bunu  millət vəkili Fazil Mustafa deyib.

Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayan deputat söyləyib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: "Bundan əlavə, iki ölkə arasında sərhədyanı problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar da narahatçılıq yaradır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır".

F. Mustafa Soçi görüşünün faydalı olduğunu dilə gətirməklə yanaşı, yaxın gələcəkdə görüşün müsbət nəticələrinin olacağını da qeyd edib: "Rusiyada yaşayan azərbaycanlıların da turizm və digər problemləri məsələləri var. Bu məsələlərin həlli baxımından Soçi görüşü çox faydalıdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31