Siyasət

Erməni təxribatının intensiv hal alması müharibə riskini artırır

5 İyul 2017 14:34

Ermənistan öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir. Son vaxtlar təmas xəttində atəşkəsin intensiv şəkildə pozulması hallarının ardınca ötən gecə düşmən tərəfinin daha bir irimiqyaslı təxribata əl atması İrəvanın Dağlıq Qarabağ probleminin həllində sülh danışıqlarından yayınmasından xəbər verir.

"Hamımız bu intiqamı alacağıq!"

5 İyul 2017 14:22

Minsk qrupu həmsədrlərinin dünənki hay vəhşiliyinə verdikləri açıqlamaya baxıram. Yenə ikili standart iyi gəlir. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Vitse-spiker: "Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Füzuli rayonunda qan tökülməsini qətiyyətlə pisləməlidir"

5 İyul 2017 14:21

"Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib. O qeyd edib ki, baş verənlərlə əlaqədar məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Biz burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə edərkən, ölkəmizdə, öz torpaqlarımızda qan töküldüyünü düşünmək dəhşətə salır.

XİN: Azərbaycan öz mövqeyini Rusiya tərəfinə bildirib

5 İyul 2017 14:17

Rəsmi Bakı erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar mövqeyini Rusiya tərəfinə bildirib. Bunu jurnalistlərə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, tərəflər arasında vizasız rejim haqqında saziş imzalanıb və bu sazişdə qeyd olunub ki, Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib və orada etnik təmizlik aparılıb.

Elmar Məmmədyarov həmsədrlərlə son erməni təxribatını müzakirə edib

5 İyul 2017 14:15

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri İqor Popov və Stefan Viskonti ilə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı son təxribatını müzakirə edib.

XİN: ATƏT anlamalıdır ki, Ermənistanın təxribatı danışıqlar prosesinin pozulmasına istiqamətlənib

5 İyul 2017 14:14

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Həmsədlərin bəyənatı etirazla qarşılandı

5 İyul 2017 14:02

Ermənilərin təxribatı nəticəsində qətlə yetirilən  Fizuli rayonunun Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyənatı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

ATƏT PA-nın vitse-prezidenti: "Ermənistanın təxribatı insan hüquqlarının pozulmasıdır"

5 İyul 2017 13:45

"Ermənistanın qoşunların qarşıdurma xəttində təxribatı insan hüquqlarının və beynəlxalq qanun və normaların pozulmasıdır". Bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu bu hadisəni pisləməli və gələcəkdə bu cür hadisələrin və uşaqların öldürülməsinin qarşısını almalıdır: "ATƏT PA bu məsələ ilə bağlı susmamalıdır. Biz konkret addımlar atmalı və buna son qoymalıyıq".

ATƏT PA-da Zəhranın qətlindən danışıldı: "Onları şəxsən tanıyırdım"

5 İyul 2017 13:38

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında ötən gün Füzulinin Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı məsələ qaldırıb.

Müdafiə Nazirliyi: "Düşmən ötən gün itki verib, gizlədir" - YENİLƏNİB

5 İyul 2017 13:36

"Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. "Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir", - Dərgahlı jurnalistlərə bildirib.

Metyu Brayza: "İstənilən münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir"

5 İyul 2017 13:34

"İstənilən beynəlxalq münaqişənin vasitəçiləri üçün bu münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir". Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Ekspert: "Müharibə ehtimalı daha da artır"

5 İyul 2017 13:22

"Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana qarşı hazırladığı hərbi doktrinanın tərkib hissəsidir".

Türkiyə XİN: "Erməni təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir"

5 İyul 2017 13:21

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın son təxribatını kəskin tənqid edib. Nazirlikdən özəl olaraq bildiriblər ki, Ermənistanın mülki vətəndaşlara qarşı fəaliyyəti qəbuledilməzdir: "Erməni tərəfinin təxribatı beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan bu fəaliyyəti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sistematik olaraq maneçilik törədir".

Putinin səlahiyyətli nümayəndəsi: "Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir"

5 İyul 2017 13:18

"Dağlıq Qarabağ münaqişə zonasında insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir". Bunu  Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib. O bildirib ki, təzyiq diplomatik, siyasi, psixoloji, hətta iqtisadi yolla olmalıdır:

İsrail səfiri ermənilərin atəşi nəticəsində iki yaşlı Zəhranın və nənəsinin öldürülməsindən dəhşətə gəlib

5 İyul 2017 13:10

"Səfir Stav ötən gün Fizuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərindən dəhşətə gəlir və dərindən kədərlənir".